Yeni qatarlar alınacaq, yeni stansiya – İSTİFADƏYƏ VERİLƏCƏK – YENİLƏNİB

Şərti adı “B3” olan metro stansiyasının tikintisi tamamlanmaq üzrədir.

Etikxeber.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyanın açılışı bu ilə nəzərdə tutulmur.

“İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara gətirib çıxarır. Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir”– deyə, H. Məmmədov qeyd edib.

***

“Bakı Metropoliteni” QSC gələn il yeni qatarlar alacaq.

Bunu da H. Məmmədov deyib.

Onun sözlərinə görə, alınacaq qatarların sayı aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, bu il “Bakı Metropoliteni” 30 yeni vaqon istismara buraxıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev Əmi Məmmədov adına – MƏKTƏBDƏ – FOTOLAR

Read Next

Prezident “Xətai”də… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir