Yeni sanksiyalar ABŞ-ın düşmənçiliyinin göstəricisidir – RƏSMİ TEHRAN

ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar rəsmi Vaşinqtonun beynəlxalq hüquqa və normalara aşkar şəkildə hörmətsizliyini göstərir.

Etikxeber.az xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında İranın Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib.

O, deyib ki, yeni sanksiyalar ABŞ-ın İran xalqına qarşı düşmənçiliyinin göstəricisidir.

B.Qasemi diqqətə çatdırıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına məhəl qoymayan ABŞ vəziyyəti gərginləşdirməkdə davam edir. Halbuki, məhkəmənin qərarına əsasən ABŞ vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidir.

Qeyd olunub ki, ABŞ-ın beynəlxalq qanunlara əhəmiyyət verməməsi yalnız İran xalqı üçün deyil, bütün dünya üçün təhdiddir. Başqa dövlətləri İranla əlaqə saxladıqlarına görə hədələyən rəsmi Vaşinqtonun addımları dünya üçün təhlükəlidir.

Xatırladaq ki, ABŞ oktyabrın 18-də İranın şirkət və banklarından ibarət ümumilikdə 20 qurumuna qarşı sanksiyalar tətbiq edib və qurumların adı ABŞ-ın sanksiyalar siyahısına əlavə edib. Bu təşkilatlar terroru dəstəkləməkdə təqsirləndirilirlər.

Etikxeber.az

Read Previous

Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək

Read Next

Prezident Türkmənistanın vitse-premyerini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir