Yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır – MALENA MARD

Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard tərəflər arasında vizanın ləğvi ilə bağlı danışıqların aparılıb-aparılmamasına dair suala cavabında bildirib.

O, bildirib ki, danışıqların geniş gündəliyi var: “Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik”.

M. Mard həmçinin deyib ki, Aİ-Azərbaycan biznes forumuna hazırlıq gedir.

Onun sözlərinə görə, bu məqsədlə Aİ-nin yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfəri gözlənilir:

“İyunun 8-də keçiriləcək forumda Azərbaycan və Aİ ölkələrinin 300-ə yaxın şirkətinin iştirakı edəcəyini gözləyirik. Biz biznesmenlərimizdən Azərbaycanda biznes mühiti barədə nə düşündüklərini öyrənə biləcəyik. Həmçinin Azərbaycanda islahatlara necə dəstək verə biləcəyimizi müəyyənləşdirməyi səbirsizliklə gözləyirik”.

Etikxeber.az

Read Previous

“Onlar istəyirdilər ki, Türkiyə zəiflənsin, parçalansın…” – AZƏR BADAMOV

Read Next

Üç ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – “AZƏRAVTOYOL”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir