Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hazırda Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı brifinq keçirir.
Etikxeber.az xəbər verir ki, brifinqdə Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev və Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu iştirak edir.
***
“Növbəti tədris ilinin 6 saylı məktəbin binasında müzakirə etməyimizin də simvolik əhəmiyyəti var”-deyən E. Əmrullayev bildirib ki, tədrisin təşkili ilə bağlı nazirliyin təklif və planlarını təqldim etmək istəyir:
“Martın 3-də ilk yoluxma halı qeydə alınandan sonra təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, tədris onlayn qaydada davam etdirilib. Növbəti tədris ili başlamamışdan əvvəl hamını maraqlandıran sual tədrisin necə olacağıdır”.
Təhsil naziri qeyd edib ki, təhsil ekspertləri ilə müzakirələr aparılıb, digər ölkələrin təcrübələri öyrənilib: “Hazırda dünyada 134 ölkədə təhsillə bağlı qərarlar verilib. 63 ölkədə məktəblər açılılb, 55 ölkədə məktəblərin açılması tarixi elan edilib, 39 ölkədə hələ qərar yoxdur”. E. Əmrullayev nəzərə çatdırıb ki, pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür : “Ancaq biz ən uyğun və riskli olmayanlar barədə düşünməliyik”.
Nazir deyib ki, təhsil müəssisələrinin açılması nəqliyyatda, iş yerlərində, ailələrində virusun yayılmasına təsir edən amil kimi nəzərə almalıyıq: “Amma biz onu da nəzərə almalıyıq ki, təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir”. E. Əmrullayevin dediyinə görə, ən səmərəli olan təkliflər əsas götürülməlidir:
“Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”.
***
Sonra “Təhsil alan və təhsil verənlərin yaş xüsusiyətləri tədrisin təşkilində nəzərə alınmalıdır”-deyən E. Əmrullayev qeyd edib ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır: “Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa edilir”.
“Bağçalar və məktəbəqədər təhsil işləyən anaların işinə təsir edən amildir”-deyə, qeyd edən E. Əmrullayev söyləyib ki, təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin:
“İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.
17:18
***
Nazir həmçinin deyib ki, 120 min uşağın bu il məktəbəqədər qruplarda təhsil alması planlaşdılır.
E. Əmrullayev deyib ki, bu il yenə də oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla, məktəbəqədər qruplarda tədrisin başlanması planlaşdırılır: “Noyabrın 2-nə qədər bu rejimdə işləyə bilsək, bu, müəyyən mənada uğur hesab edilə bilər”.
“Orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin məktəblərə 15 oktyabr tarixindən qayıtmasını planlaşdırırıq”-deyən E. Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən isə qeyd olunan siniflər üçün tədris onlayn olacaq.
Təhsil Nazirliyi eyni zamanda, sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edir.
Nazirin sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib:
“Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil ala 650 min uşaq dəsrsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epdemioloji vəziyyət gərgindir”.
17:27
***
“Ümumtəhsil müəssisələrində 120 min müəllim və texniki işçi ilə bağıl vəziyyəti də nəzərə almalıyıq”.
Bunu da təhsil naziri deyib. E. Əmrullayev deyib ki, həm məktəbin daxilində, həm də məktəbdən kənar hər bir müəllim, valideynin bu prosesə təsiri var: “Ola bilər ki, hansısa marketdə, nəqliyyatda maska taxmamağın tədrisə təsiri başa düşülməsin. Ancaq hər bir vətəndaş qaydalara riayət etməlidir ki, tədris ənənəvi formada davam etsin”. Təhsil naziri qeyd edib ki, məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq: “Virusun yayılmasının qarşısını almaq üçün xəstəliyin vaxtında aşkarlanması, aşkarlanmış halların təcrid edilməsi, təcrid olunmuş və təmasda olmuş insanların siyahısının müəyyən edilməsi vacibdir. Ona görə belə hal müəyyən edilərsə, valiydeynlərə, məktəb ictimaiyyətinə çatdırılmasında maraqlıyıq. Hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq. Bununla bağlı xüsusi qaydalar da hazırlanır”.
O, bununla yanaşı deyib ki, sentyabrın 15-dən orta məktəblərin 5-9-cu siniflərində dərslər onlayn qaydada başlayacaq. E. Əmirullayev deyib ki, mart ayına qədər teledərslərin də davam etdirilməsi nəzərdə tutulub:
“1 oktyabr tarixindən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsini planlaşdırırıq. Epidemioloji vəziyyət imkan verərsə, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış qaydada tədrisə cəlb etməyi nəzərdə tuturuq”.
17:32
***
Nazirin dediyinə görə, onlar valideynlərin uşaqları məktəbə göndərib-gönlərməmək hüququnu tanıyırlar.
E. Əmrullayev deyib ki, valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla – həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər: “Valideynlərin bu seçimini asanlaşdırmaq üçün xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncədə mütəmadi məlumatlandırmanı təşkil etməyə çalışacağıq”.
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq.
Nazirin bildirdiyinə görə, oktyabr ayından 1-ci kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən universitet və ali məktəbləri ilə tanışlıq üçün gəlməsi planlaşdırılır:
“15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq. 2 noyabrdan bu məsələyə yenidən baxıla bilər”.
17:37
***
Daha sonra “Peşə məktəblərində təhsil distant formada təşkil ediləcək, peşə ixtisasları üzrə isə əyani tədris nəzərdə tutulur”-deyən nazir bildirib ki, peşə məktəblərində də tədris sentyabrın 15-də başlayacaq: “Həmçinin, xüsusi məktəblər və ya internat tipli müəssisələr xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılmasını planlaşdırmışıq”.
Onun sözlərinə görə, burada uşaqlar yataqxanada qaldıqları üçün fərqli protokollardan istifadə olunur:
“Amma həmin protokollar hazırlanmaqdadır. Bu, təbii ki, Operativ Qərargahın Tibbi Bölməsi ilə razılaşdırılır. Bu məsələlər razılaşdırıldıqdan sonra ictimaiyyətə təqdim ediləcək”.
17:44
***
“Birinci kurs tələbələri ali məktəblərlə tanış olacaq, ondan sonra onlayn təhsilə davam edəcək”-deyən nazir öz növbəsində bildirib ki, 176 min tələbədən 113 minə yaxın ödənişli təhsil alır:
“Birinci mərhələdə 15 min 209 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilir. 15 min 209 tələbə ilə bağlı birinci mərhələdə qərar verilərkən ehtiyac meyarı əsas götürülüb. Bundan sonra güzəştləri də ehtiyac meyarı nəzərə alınmaqla edilməlidir. Bütün tələbələrə güzəşt olsa, ali məktəblərin maliyyə dayanıqlığına problem yarada bilər. 32 minə qədər məcburi köçkün və digər qrup tələbənin təhsil haqqını da dövlət ödəyir”.
Təhsil naziri qeyd edib ki, birinci kursda ali məktəblərə gələn tələbələrə də birinci semestrdə Nazirlər Kabinetinin qərarı ilə güzəştlər tətbiq edilir:
“Əsas məsələ isə pandemiyanın nə zaman bitəcəyidir, bu da məlum deyil”.
18:00
***
Güzəştlər barədə növbəti sualına cavabında nazir deyib ki, tələbərlə bağlı yardım və güzəştin kimə şamil olunması ilə bağlı fərqli fikirlər olur.
E. Əmrullayev deyib ki, bəzən yaxşı oxuyan şagirdlərə yardım və güzəşt edilməsi təklfi olunur: “Ancaq yaxşı oxuyanların bəzən buna ehtiyacı olmur. Mən yardımın ehtiyacı olanlara edilməsinin tərəfdarıyam”.
Təhsil naziri qeyd edib ki, bütün ailələr pandemiya şəraitində eyni təsirlərə məruz qalmayıblar:
“Ona görə də güzəştlərin ehtiyac meyarı üzrə verilməsi vacibdir”.
18:08
***
“İki ali təhsil müəssisi çıxmaq şərti ilə, ali məktəblərdə yaşı 70-dən yuxarı olan müəllimlər 10 faizdən, 50 yaşdan yuxarı olanlar isə 50 faizdən çoxdur”.
E. Əmrullayev deyib ki, ona görə də ali məktəblərdə distant təhsil forması təklif edilib.
“Maska balaca uşaqda da virusun mənbəyinə çevrilə bilər” -deyən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə bildirib ki, birdəfəlik maskalar çıxarıldıqdan sonra istifadə edilməməlidir:
“Biz valideynlərə desək ki, uşaqlar kütləvi maska taxsın, fərqli durum da yarana bilər. 12 yaşdan aşağı olan uşaqların məktəblərdə maska taxması tövsiyə xarakterlidir”.
Nazirin müşaviri deyib ki, uşaqlardan çox risk qrupuna müəllimlər və valideynlər daxildir:
“Müəllimlərin 38 faizinin yaşı 50-dən yuxarıdır. Əsas valideyn və müəllimlər maska ilə qorunmalıdır”.
Etikxeber.az