Yeni test gizli inkişaf edən eşitmə problemini üzə çıxaracaq

Yaşlı adamlar hər gün eşitmə çətinlikləri ilə qarşılaşırlar, halbuki onların eşitmə testlərinin nəticələri çox vaxt normal və ya təxminən normal olur. Bu isə o deməkdir ki, eşitmənin itirilməsi həkimlərin düşündüyündən də geniş yayılmış təzahürdür. Amma indi mütəxəssislər ənənəvi audioqramların üzə çıxara bilmədiyi gizli inkişaf edən eşitmə problemlərini müəyyən etməyin daha səmərəli üsulunu tapıblar.

Konnektikut Universiteti nəzdindəki tibb məktəbindən olan bir qrup tədqiqatçı yeni test hazırlayıb. Bu test ənənəvi testlərdə normal və ya təxminən normal eşitmə qabiliyyəti olan bəzi şəxslərdə karlıq, yaxud eşitmə çatışmazlığını müəyyən etməyə imkan verəcək.

Etikxeber.az “healthvesti.com” saytına istinadla xəbər verir ki, yeni testlə insanın normal söhbətdə müşahidə edilən ucalıq səviyyələrinə yaxın səviyyələrdəki səs dəyişikliklərini aşkar etmək qabiliyyəti ölçülür.

Tədqiqatda audioqramları normal və ya təxminən normal olan 30-67 yaşlarında 30 adam iştirak edib. Məlum olub ki, klinik sınaqlarında normal nəticələri olan iştirakçılarda eşitmə ilə bağlı xeyli çatışmazlıqlar var. Bu isə o deməkdir ki, binaural eşitmə testi terapevtik müdaxilənin kömək edə biləcəyi həssas qrupları müəyyən edə bilər.

Etikxeber.az

Read Previous

Levandovski Polşada rəqib tanımır

Read Next

“Fənərbağça” klubu heyətini gücləndirir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir