“İkinci dəfə qardaş və dost Azərbaycanda olduğuma görə çox şadam. Sevinirəm ki, növbəti dəfə azərbaycanlı pərəstişkarlarım, tamaşaçılarımla görüşürəm”.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu tanınmış türkiyəli aktrisa Türkan Şoray deyib.
O, qeyd edib ki, Azərbaycanı hər zaman çox sevib:
“Hiss edirəm ki, məni də Azərbaycanda da çox sevirlər. Hər zaman azərbaycanlıların isti, doğma münasibətini hiss etmişəm. Bu, əlbəttə, məni çox sevindirir”.
Etikxeber.az