“Yenidən seçkilərə, referenduma gedilməsi…”-YAP-ÇI DEPUTAT İDDİALARI CAVABLANDIRDI

Müzakirələrin daim getməsinə normal baxıram. Cəmiyyət mövcuddursa, müxtəlif fikirlər varsa, çoxfikirliliyin olması da vacibdir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə yaxın gələcəkdə ölkənin yenidən seçkilərə, Konstitusiyaya dəyişikliklərlə bağlı (deputat yerlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpası və sair) referenduma gedə biləcəyi yönündə mediada və sosial şəbəkələrdə müzakirələrin açılmasına, müxtəlif iddiaların ortaya qoyulmasına münasibətini bildirərkən deyib.

Bununla yanaşı, millət vəkili indiki reallıqda bunları istisna edib.

“Bu gün bu məsələlər müzakirə mövzusu deyil”-deyil, deyə, o, bildirib.

Həmçinin, əlavə edib ki, bu gün əsas məsələ-birincisi, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, ikincisi, koronavirusa qarşı mübarizənin aparılmasıdır.

“Bu istiqamətdə də işlər aparılır, addımlar atılır, dövlət siyasəti həyata keçirilir”-deyə, A. Mirzəzadə sonra bildirib.

12:14, 9 iyul

Etikxeber.az

Read Previous

“Rusiya kimi Ermənistan da Bakının separatçılarla birbaşa müzakirələrin aparılmasını istəyir…”-ELXAN ŞAHİNOĞLU

Read Next

“Düşünürük ki, bu, Zərdabi irsinin öyrədilməsi, yaşadılması və tanıdılması baxımından çox əhəmiyyətli bir görüş idi…”-JALƏ ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir