Yenidən artım baş verdi-DAHA 191 NƏFƏR İNFEKSİYAYA YOLUXDU, İKİ NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Azərbaycanda daha 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954-cü və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

“Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir” – deyə, Qərargahdan bildirilib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.

Etikxeber.az

Read Previous

“Müsavatçı”lar Elçibəyin məzarını-RƏSULZADƏNİN ABİDƏSİNİ ZİYARƏT ETDİLƏR…-FOTOLAR

Read Next

“Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik” – İlham Əliyevlə Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir