“Yenidən başqan olmaq fikrim yoxdur” – İSA QƏMBƏR SEÇKİLƏRDƏ İŞTİRAKIN TƏRƏFDARIDIR, AMMA…

Müsavat Partiyası seçkilərdə iştirakən tərəfdarıdır.

Etikxeber.az xəbər verir ki, bunu “Müsavat”ın eks başqanı, keçmiş spiker, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər “Ağır söhbət”də deyib.

Onun sözlərinə görə, hər zaman seçkilərə hazırlaşmaq və seçkilərə hazır olmaq lazımdır.

O, “Müsavat”ın yarandığı gündən-tarixən seçki partiyası olduğunu və onun adının “boykot partiası” kimi çəkilməsinin tərəfdarı olmadığını bildirib.

Qeyd edib ki, boykot partiyaların seçkilər ərəfəsində situasiyanı dəyərləndirib, qərar verəcəyi bir məsələdir.

İ. Qəmbər “Müsavat”ın qarşıdan gələn bələdiyyə və xüsusilə, parlamen seçkilərində iştirak, yoxsa, boykot qərarı verəcəyini məsələsini də zamana bağlayıb.

Bildirib ki, seçkilərdə iştirak, yoxsa, boykot qərarı seçkilərə yaxın ərəfədə vəziyyətin, situasiyanın dəyərləndirilməsindən sonra veriləcək.

İ. Qəmbər seçkilərdə iştirakın tərəfadrı və bunun daha çox arzuolunan olduğunu bildirib.

Sabiq “Müsavat” lideri müxalifətdaxili proseslərə də toxunaraq, burada qarşılıqlı anlaşmanın olmasını vacib sayıb, tərəfləri gərginlikdən, ittihamlardan uzaq olmağa çağırıb:

“Heç bir müxalifət partiyası heç bir müxalifət partiyasını məhv edə bilməz və bu, mümküm də deyil. Kimsə də bunun xəyallarına qapılmamalıdır…”.

Eks başqan bununla yanaşı, yaxın zamanlarda “Müsavat”ın növbəti qurultayının keçiriləcəyini və bunun Azərbaycan siyasi mühitində maraqlı bir hadisəyə çevriləcəyini qeyd edib.

Həmçinin, qurultayda “Müsavat” başqanlığına namizədliyini birmənalı istisna edib:

“Yenidən “Müsavat” başqanı olmaq fikrim yoxdur. Bu, birmənalıdır. Eyni zamanda, bu məsələdə spekulyasiyaların edilməsini düzgün saymıram”.

İ. Qəmbər eyni zamanda, maraqlı bir məqama da toxunub.

İSAA-3

“2008-ci il hakimiyyətin ən güclü olduğu dövr idi, gerçəkdən də müxalifətin seçkilərdə iştirakını istəyirdi”

2008-ci il prezident seçkilərində “Müsavat”ın və müxalifətin iştirak etməməsinin səbəbini həmin dövrdə indiki hakimiyyətin əvvəllki seçkilərlə və illərlə müqayisədə güclü olması ilə əlaqələndirib:

“Həmin vaxt indiki hakimiyyətin 1993-cü ildən bu yana keçirilən seçkilər dövründə ən güclü hakimiyyət dövrü idi. Hakimiyyət o zaman gerçəkdən də, real müxalifətin seçkilərdə iştirakı istəyirdi. Həmin vaxt hakimiyyəti güclü idi.

“Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin işə düşməsi nəticəsində ölkəyə milyonlar, milyardlar gəlirdi və hakimiyyət bu pulların hesabına insanların əhval-ruhiyyəsini də dəyişə bilmişdi. O zaman müxalifət seçkilərdə iştirak etməmək barədə qərar qəbul etmişdi. “Müsavat” da  müxalifət partiyası olaraq seçkilərdə iştirak etməmək qərarı verdi…”.

Etikxeber.az

Read Previous

“Böhtanlar indi də səngimək, bitmək bilmir” – GƏNC FƏAL NURU PAŞADAN YAZDI

Read Next

Eriksen imtina etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir