“Yerli imkanlar hesabına həll edilməsi mümkün olmayan məsələlərlə bağlı mərkəzi aparata müraciət edəcəyik…”-BƏHRUZ MƏHƏRRƏMOV

Bu gün telefon və internet xətlərinin çəkilməsi, qəzalı rabitə xətlərinin təmiri, bərpası və yenilənməsi ilə bağlı seçicilərdən daxil olan 27 müraciəti “Aztelekom”un yerli struktutuna təqdim etdik. Habelə 56 sakininin birgə müraciəti əsasında, Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsində 100-dən artıq ailənin məskunlaşdığı əraziyə qaz xəttinin çəkilməsi və sayğacların quraşdırılması, həmçinin qazlaşdırma ilə bağlı ilə 38 vətəndaşın fərdi müraciətləri tərəfimizdən Azəriqazın yerli strukturuna çatdırılıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu Biləsuvardan millət vəkili seçilən Bəhruz Məhərrəmov deyib.

“Hər iki qurum problemləri təhlil edərək ən qısa zamanda bizə cavab verəcək, yerli imkanlar hesabına həll edilməsi mümkün olmayan məsələlərlə bağlı mərkəzi aparata müraciət edəcəyik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Həkimlərə vəd edilən pulların verilməsində, artımında, ölənlərin sığortasında ciddi axsamalar var…”-DEPUTAT NARAZILIQ ETDİ

Read Next

Jalə Əliyevanın təşəbbüsü ilə Həsən Bəy Zərdabi irsinin təbliğinə dair videokonfrans-KEÇİRİLDİ VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir