Yetkinlik yaşına çatmayan qızı qaçıran məcburi köçkün gənc özünü asdı- FACİƏ

Goranboyda intihar hadisəsi qeydə alınıb.

Etikxeber.az-ın APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə hadisə rayonun Veyisli qəsəbəsində baş verib.Kəlbəcər rayonundan olan məcburi köçkün, Veyisli qəsəbəsində məskunlaşan 1991-ci il təvəllüdlü Rəsul Yaşa oğlu Hüseynzadə qəsəbənin yaxınlığındakı meşədə özünü asaraq intihar edib.

Məlumata görə, R. Hüseynzadə ailə qurmaq üçün qonşuluqda yaşayan, yetkinlik yaşına çatmamış qızı qaçırıb. Ailələr arasında yaranan narazılığı həll etmək üçün Goranboy rayon Polis Şöbəsinə müraciət olunub. Şöbəyə çağırılan R. Hüseynzadə bir gün sonra meşədə özünü asaraq intihar edib.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Etikxeber.az

Read Previous

Mitinqdə 2 min 500-ə yaxın insan iştirak edib – BŞBPİ- RƏSMİ AÇIQLAMA

Read Next

Müxalifət partiyasının sədri: “Vəhşi, vəhşi Qərb…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir