Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Hazırda hər iki ölkə- Azərbaycan və İsrail arasında əlaqələr normaldır. Ölkə rəsmilərinin, eləcə də, parlamentarilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına töhfələr verir. Azərbaycanda antisemitizm yoxdur və bu, İsraildə yüksək qiymətləndirilir”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında yəhidi əsilli millət vəkili Yevda Abramov deyib. O, xatırladıb ki, İsrail Prezidenti Reuven Rivlin BMT-də Xocalı soyqırımı ilə bağlı çıxış edib və ölkəmizin mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, bu fakt İsrailin ölkəmizə münasibətinin göstəricisidir.
“Milli Məclisin nümayəndə heyəti fevral ayında bu ölkəyə səfəri zamanı ona bu mövqeyinə görə təşəkkür etdi. Təbii ki, belə faktların sayını artırmaq da olar. Bütövlükdə, İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirir. Qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirir. Eyni zamanda, Azərbaycan da İsrail ilə əlaqələr böyük önəm verir. Hesab edirəm ki, iki dövlət arasında münasibətlər bundan sonra da uğurla davam edəcək”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az