Yığma komandaların məşqçilər korpusunda dəyişiklik edildi

Güləş üzrə Azərbaycan yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib.

Azərbaycan Güləş Federasiyasından Etikxeber.az-a verilən məlumata görə, qurumun birinci vitse-prezidenti, Dünya Güləş Birliyi idarə heyətinin üzvü Namiq Əliyevin imzaladığı əmrə əsasən, yunan-Roma güləşi üzrə böyüklərin komandasının baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçisi İlqar Abdulov, məşqçisi isə Nurəddin Rəcəbov olub. Gənclərin komandasında böyük məşqçi vəzifəsini Şaban Donat yerinə yetirəcək. Məşqçi vəzifəsinə Zöhrab Abbasov və Turac Hüseynli təyin olunublar. Yeniyetmələrin yığmasına isə Bəhram Mürvətov böyük məşqçilik edəcək. İslam Cəfərov və Fuad Alıyev isə məşqçi vəzifəsini yerinə yetirəcəklər. Kiçik yaşlı yeniyetmələrin böyük məşqçisi Əfsər Namazəliyev, məşqçisi isə Rasim Ağayevdir.

Böyüklərdən ibarət sərbəst güləş komandasının baş məşqçi əvəzi Firdovsi Umudov təyin olunub. Böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubov seçiliblər. Gənclərin böyük məşqçisi Saypulla Absaidov, məşqçisi Rövşən Hacıyev, yeniyetmələrin böyük məşqçisi Əsgərxan Novruzov, məşqçiləri isə Vahid Məmmədov və Yaşar Əliyev təyin ediliblər. Kiçik yaşlı yeniyetmələrin məşqçisi vəzifəsinə Mehman Nəcəfov və Elşad Allahverdiyev seçiliblər.

Böyüklərdən ibarət qadın güləşçilərin millisinin baş məşqçisi vəzifəsində dəyişiklik olmayıb. Komandaya yenidən Semyon Çterev rəhbərlik edəcək. Böyük məşqçi Aslan Ağayev, məşqçi isə Rövşən Umudov təyin olunub. Gənclər və yeniyetmələrin böyük məşqçisi vəzifəsi Nazim Əlicanova həvalə olunub. Ona Həsrət Məmmədyarov və İsaməddin Hüseynov kömək edəcəklər.

Etikxeber.az

Read Previous

İkili standartlar münaqişənin həll olunmamasının əsas səbəblərindəndir – DEPUTAT

Read Next

Messi 500-cü qolunu vurdu- Barselonada

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir