Yıldırım Əliyevlə görüşəcək

Türkiyənin baş naziri Binəli Yıldırım martın 14-də Azərbaycana səfər edəcək.

Etikxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçiriləcək 6-cı Qlobal Bakı Forumuna qatılmaqdır.

binali-1

Səfər çərçivəsində Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasi-zadə ilə bir araya gələcəyi gözlənilir.

Həmçinin, qeyd olunur ki, B. Yıldırım 6-cı Qlobal Bakı Forumunda “Güc: Böyük güclər və diğərləri” adlı paneldə çıxış edəcək.

Səfər martın 15-i başa çatacaq.

Etikxeber.az

Read Previous

“Dilucu”da 40 nəfər gömrük işçisi saxlanılıdı…

Read Next

Prezident Anarı fəxri diplomla təltif etdi – SƏRƏNCAM – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir