Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
HAKİM PARTİYANIN 2019-CU İL SEÇKİLƏRİ İLƏ BAĞLI “A TAKIMI” FORMALAŞDIRILIR
998 gündən sonra yenidən AKP-yə genəl başqan sifətində qayıdan cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bu gün yerli saatla 14-00-da keçirilməsi gözlənilən MKYK toplantısına bir saat yarım öncə qatılıb.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün AKP genəl mərkəzində baş tutan MKYK toplantısında Merkezi Yönetim Kurulunun (MYK) tərkibinin formalaşdırılması və 2019-cu il prezident seçkiləri ilə bağlı hakim partiyanın “A takımı”nın müəyyənləşdirilməsi yönündə müzakirələr aparılıb.
Bu müzakirələr isə Ərdoğanın özünün istəyi ilə baş verib.
Toplantıdan sonra verilən məlumata görə isə baş nazir-sabiq genəl başqan Binəli Yıldırım partiyanın ikinci şəxsi olub, yəni, başqan vəkili təyin olunub.
Eyni zamanda, AKP-nin yeni 3 genəl başqan yardımçısı təyin edilib.
Onu da qeyd edək ki, sabah Ərdoğanın sədrliyi ilə AKP-nin qrup topnlanısı keçiriləcək.
Etikxeber.az