Yıldırım: “Meydən FETÖ ilə bağlı lazımi tədbirlər görülməsi tələb edildi” – FOTO

Türkiyənin və İngiltərənin baş nazirləri Binəli Yıldırım və Tereza Mey təkbətək danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Etikxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, B.Yıldırım ötən il Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin əsas təşkilatçısı olan FETÖ təşkilatının İngiltərədə də fəaliyyətinə dair məlumatların olduğunu deyib. Bildirib ki, bununla bağlı xanım Meylə fikir mübadiləsi aparılıb, bu cinayətkar təşkilatın qollarının fəaliyyətinin qarşısının alınması üçün hüquq çərçivəsində addımların atılmasının vacibliyi müzakirə olunub. Türkiyə tərəfi Tereza Meydən FETÖ ilə bağlı lazımi tədbirlər görülməsini tələb edib.

Baş nazirlərin görüşündə, həmçinin Kipr böhranının həlli, sərbəst ticarət müqaviləsinin imzalanması, Türkiyənin Avropa İttifaqına üzvlüyü, terrorizmlə birgə mübarizə və digər məsələlər müzakirə olunub.

Etikxeber.az

Read Previous

Millət vəkili bəylə gəlini donmaqdan qurtardı…

Read Next

Sərkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır – POLITOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir