Yıldırımla Medvedev telefonda nədən danışdılar?

Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım arasında telefon danışığı olub.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Dmitri Medvedev İstanbulda törədilən terror aktı ilə əlaqədar Binəli Yıldırıma başsağlığı verib.

“Tərəflər beynəlxalq terrorizmin təhdidlərinə qarşı birgə mübarizənin vacibliyini qeyd ediblər. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”-deyə, məlumatda deyilir.

Qeyd edək ki, ötən gecə İstanbulda gecə klubunda törədilən terror aktı nəticəsində  39 nəfər ölüb, 69 nəfər xəsarət alıb.

Etikxeber.az

Read Previous

İstanbuldakı növbəti qanlı terraktda ölənlərin sayı 39-a yüksəldi – FOTO – YENİLƏNİB

Read Next

“Terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq” – RƏSMİ BAKI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir