Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Növbəti erməni vandalizmi…Növbəti erməni barbarizmi…Növbəti erməni vəhşiliyi, murdarlığı…
Qandanbəslənmişliyin növbəti dəhşəti, vəhşəti, qandandoyulmazlığın növbəti iyrənc səhnəsi, tablosu…
Dəfələrlə atəş zərbələrinə, dağıntılara məruz qalan Bərdədə yaşanan, yaşıdalan növbəti insanlıq dramı…
Yaşı əsrlərlə yox, minilliklərlə ölçülən, kişi qeyrətli hökmdar Nüşabəmizin Vətəni Bərdəmizin lal, kar, kor dünyanın gözü qarşısında qana boyanması, boyadılması, bəşəriyyət, insanlıq adına növbəti utanc…
Ən azı 5 evin vəhşiliklə dağıdılması, ən azı 4 günahsız, dinc, sivil insanımızın, 7 yaşlı, məktəbli balamızın-fidanımızın-Aysumuzun qətlə yetirilməsi, ən azı 13 vətəndaşımızın ağır yaralanması, xəsarət alması…
Sözlərin, kəlmələrin düyünləndiyi, ifadə edə bilmədiyi, bilməyəcəyi qətliam…
Bunu da ancaq gözləri qan tutmuş qaniçən, vampir xislətli ermənilər, onların terror, vassal dövləti və şimallı, cənublu, qərbli-şərqli havadarları edə bilərdi və etdi…
Çünki onlar üçün heç bir insani, bəşəri dəyər yoxdur, olmayıb və olmayacaq…


Belə gəliblər, belə gedəcəklər…
Bu günə qədər etdikləri cəzasız qaldığı, əslində və daha dəhşətlisi- növbəti qətliamlara, qaniçənliklərə həvəsləndirildikləri, iştahlandırıldıqları üçün yenə də öz murdar əməllərini davam etdirməkdə, daha da quduzlaşmaqda, azğınlaşmaqdadırlar…
Hərb, döyüş meydanında, diplomatiya səngərində…uduzduqları, cavab verə bilmədikləri üçün murdarlıqlarını, qəzəblərini dinc, mülki insanlardan çıxarmaqda gördülər və görürlər…
Əsli erməni xisləti, əsl erməni “dəyəri”…
Amma…Daha belə getməyəcək, belə davam etməyəcək…Etdiklərinin hər mənada cavablarını alacaqlar-həm sahada, həm masada, həm hərb meydanında, həm diplomatiya meydanında…
Necə ki, alırlar, almaqdadırlar cavablarını, haqq etdiklərini, layiq olduqlarını…
Bunu da kimsə etmir, biz edirik, Azərbaycan edir, Ali Baş Komandan və onun müzəffər Ordusu edir…
Kimsənin də köməyi, yardımı olmadan…
Təkbaşına vuruşuruq, təkbaşına döyüşürük, təkbaşına cavab veririk…
Gəncə qətliamları da, Tərtər, Goranboy, Naftalan…qətliamları da, Bərdə qətliamı da cavabsız qalmır, qalmayacaq…
Tökülən, axıdılan qanların qisası alınır və bundan sonra da alınacaq…
Bunu faşist, yırtıcı xistlətli ermənilər də, onların məhvə məhkum terror-vassal dövləti də, qanlı havadarları da yaxşı eşitsinlər, yaxşı dərk etsinlər, yaxşı bilsinlər…

Ali Baş Komandanın da Azərbaycan xalqına sonuncu müraciətində dediyi kimi, əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına torpaqlarımızı azad edirik.
Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.
Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Jalə ƏLİYEVA,
Millət vəkili
Etikxeber.az





