Yol infrastrukturuna kompleks baxış keçirilir-SON ZƏLZƏLƏ İLƏ BAĞLI

“Azərbaycan Dəmir Yolları” QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.

QSC-dən Etikxeber.az-a bildirilib ki, iyulun 4-də saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Hazırda proses davam etdirilir.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla bağlı qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Etikxeber.az

Read Previous

Bakıda və bir neçə bölgədə-ZƏLZƏLƏ OLDU, DİN XƏBƏRDARLIQ ETDİ – YENİLƏNİB – (3)

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir