Yol Polisindən sürücülərə-XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən Etikxeber.az-a verilən məlumatda sürücülərə xəbardarlıq edilib:

“Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağa çağırır və aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:
Sürət həddini hava şəraitinə uyğun seçin.
Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət olduqda duman faralarından istifadə edin.

Ötmə və kəskin manevrlərdən çəkinin.

Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırın.
Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun.

Unutmayın: Qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir!

Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”.

Etikxeber.az

Read Previous

Külək və yağış davam edir, qar yağır-FAKTİKİ HAVA AÇIQLANDI – YENİLƏNİB

Read Next

Azərbaycan Ordusunun mövqeləri yenidən müxtəlif istiqamətlərdən-ATƏŞƏ TUTULDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir