“Yoldaşım da hərdən deyir ki, artıq bəsdir…” – FAİQ SÜCƏDDİNOV

“Özünü tərifləmək kimi çıxmasın: elə gün olmur ki, royalın arxasına keçməyim…Yoldaşım da hərdən deyir ki, artıq bəsdir…”

Etikxeber.az xəbər verir ki, bunu tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov deyib.

FAİQQ

O, yazdığı əsərlərin, mahnıların böyük qisminin də Azərbaycanla, Vətən sevgisi ilə bağlı olduğunu söyləyib.

“Azərbaycan dövləti mədəniyyətimizə, mədəniyyət adamlarına böyük diqqət, nəzaviş göstərir. Bu, əvvəllər də olub, hər zaman mədəniyyətimizə diqqət göstərilib, amma son illər bu diqqət, bu qayğı daha da artıb. Xüsusilə, ölkə Prezidenti cənab İlham Əliyev mədəniyyətimizin inkişafına böyük diqqət göstərir. Elə təkcə son bir-iki il ərzində Bakıda 5 korifeyimizin-Bülbülün, Niyazinin, Qara Qarayevin, Rəşid Behbudovun və Fikrət Əmirovun heykəlləri ucaldılıb. Bunlar böyük işlərdir.

Təbii ki, biz mədəniyyət, sənət adamları da bu diqqət, bu qayğı qarşısında boş dayanmırıq, öz işimizlə, yaradıcılığımızla məşğul oluruq. Özünü tərifləmək kimi çıxmasın, elə gün olmur ki, royalın arxasına keçməyim…Yoldaşım da hərdən deyir ki, artıq bəsdir, bir az dincəl…Ancaq mən yenə də öz sənətimlə məşğul olmaqda davam edirəm. Bəstələdiyim mahnıların, əsərlərin də böyük əksəriyyəti Azərbaycanımızla, Vətən sevgisi ilə bağlıdır”-deyən tanınmış bəstəkar bir arzusunu da dilə gətirib.

“Hesab edirəm ki, vətənpərvərlik verilişlərinin sayını artırmaq lazımdır. Gənclərimizi bu istiqamətə yönəltməliyik. Mən Türkiyədə olarkən bir Türk şairi mənə bir misrasını söylədi: “Toprağından dost kokan sevgili vatanım”. Bu misra mənə çox təsir etdi və həmin misranın aid olduğu şeirə manhı bəstələdim. Mən də demək istəyirəm, torpağı, daşı gözəl olan sevgili vətənim…”-deyə, F. Sücəddinov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

1 funta ikimərtəbəli evə sahib oldular -LİVERPULDA – FOTOLAR

Read Next

İlham Əliyev gürcü nazirə nə arzuladı? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir