Yolların yenidən qurulmasına 4,27 milyon manat ayrıldı-SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az  xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,27 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Etikxeber.az

Read Previous

12 il öncə cavan həyat yoldaşını, son 2 ildə isə üç övladından ikisini itirmiş Yaralı, Dərdli Şəhid anası: BU GÜN ŞƏHİD SƏMƏD RZAYEVİN ANASI-OCAĞI ZİYARƏT OLUNDU, ŞƏHİD ANASINA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 337 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir