“Yolu azıbsa” bədənindəki izlər nədən xəbər verir?” – POLİTOLOQ TONOYANIN “NARAHATLIĞI”NIN SƏBƏBLƏRİNİ AÇIQLADI

Erməni həbrçinin fərariliyi və könüllü sürətdə Azərbaycan ordusuna təslim olması Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Dünən bu xəbər yayıldıqdan sonra erməni saytlarının əksəriyyəti Azərbaycandan yayılan xəbərlərə istinad edərək hərbçilərinin işkəncə görməsi səbəbi ilə fərarilik etdiyini bildirdilər. Yəni, ilk başda həqiqəti gizlətmədilər. Bu cür xəbərlərin Ermənistanda ciddi narahatlıq yaratdığını görən İrəvan bir gün sonra senzuranı işə salaraq fərarilik xəbərini korrektə etməyə başladı. Erməni saytları “işgəncə” sözünü “azıb” ifadəsiylə dəyişməyə başlayıblar. Yəni guya həbrçiləru qəsdən təslim olmayıb, “yolu azaraq o tərəfə keçib”.

Etikxeber.az  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

farari

O, qeyd edib ki, bu versiyanı Ermənistanın müdafiə naziri David Tonoyan da səsləndirib.

“O məsələ ilə bağlı araşdırma aparıldığını desə də, qabaqdangəlmişlik edərək “hərbçimiz yolu azıb” ifadəsini təkrarlayıb. Yaxşı bəs onda işgəncə görüntüləri necə olsun? “Yolu azıbsa” bədənindəki izlər nədən xəbər verir?

Bu suallara erməni müdafiə naziri cavab verməkdə çətinlik çəkib. Çünki erməni həbçinin şəkillərində baş və əl nahiyəsində açıq-aşkar işgəncə əlamətləri var. David Tonoyan erməni cəmiyyətinə Azərbaycan tərəfinin dezinformasiya yaydığını inandırmağa çalışır.

Guya erməni hərbçinin əlinə “ağ bayraq sonradan verilərək şəkli çəkilib”. Bütün bu havadan götürülən versiyalar əlimizdəki işgəncə görüntüləri ilə alt-üst edilir.

Ona görə biz həmin şəkilləri rusdilli saytlarımız vasitəsilə dönə-dönə erməni cəmiyyətinə ötürməli, eyni zamanda həmin hərbçinin səsli etirafları da internetdə yayınlanmalıdır.

Tonoyanın işgəncəni əsk etdirən şəkillərin yayınlanmasından narahatlığı onun bu sözləri də dəlalət edir:

“Hərbçimizin şəkillərinin yayılmasının tərəfdarı deyiləm”. Deməli, biz bunun əksini etməliyik”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə – TƏLTİF ETDİ

Read Next

Müdafiə naziri ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşdü – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir