Yolun açıq olsun, Vətən, yolun açıq olsun, sürətli Azərbaycan! – JALƏ ƏLİYEVA YAZDI

Sürət(li)…

Son illər gündəlik həyatımızda, yazılarımızda, danışıqlarımızda, çıxışlarımızda, leksikonumuzda ən çox istifadə edilən sözlərdən biri məhz “sürətli”dir…Bu da heç şübhəsiz ki, əsassız və səbəbsiz deyil…Çünki Azərbaycan son illər dünyanın ən sürətli inkişaf mərhələsini yaşayan dövlətlərdəndir…

Həyatımızın hər bir sahəsində sürətli inkişaf öz izlərini qoyur və qoymaqdadır…Bu sürətin də sürətini təmin edən ən əsas və ən önəmli məqamlardan biri isə yollar, dəmir yollarıdır… Yollarsız, o cümlədən, dəmir yollarsız  müasir həyatımızı, inkişafımızı təsəvvür etmək çox çətindir, bəlkə də mümkün deyil…

STAD-23

Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində-90-ci illərdə, hələ maliyyə-iqtisadi cəhətdən indiki qədər güclü olmadığımız dövrdə,  hələ neft bumu yaşanmazdan əvvəl inkişafına, yenidən qurulmasına da  ən çox və ən birinci diqqət yetirilən, böyük vəsaitlər yatırılan sahə məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi, dərin zəkası və dühası ilə yol nəqliyyatı, tarixi İpək Yolunun çəkilişi oldu…

Yəni, Azərbaycan dövləti, ölkə rəhbəri  bir çox problemlərə rəğmən məhz yol infrastrukturunun yenidən qurulmasına, onun dirçəldilməsinə bu dərəcədə önəm yetirirdi…

STAD-7

STAD-1

STAD-19

Və çox maraqlıdır ki, yol nəqliyyatında, yol sferasında da ən uzun ömürə və ən uzun tarixə malik olanı məhz dəmir yollarıdır…Belə ki, nə az-nə çox düz 140 il öncə Azərbaycanda dəmir yollarının əsası qoyuldu…1878-ci ildə Dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanıldı və 1880-ci ilin 20 yanvar  tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradıldı… Düzdür, bu illər ərzində enmələr də, qalxmalar da oldu, amma bu sahə hər zaman öz önəmini, əhəmiyyətini qoruyub, saxladı…

STAD-21

2015-ci ildə aparılan kard dəyişikliklərindən, srtukrur islahatlarından sonra isə Azərbaycan dəmir yollarında  yeni intibah dövrü, idman temini ilə desək, ikinci nəfəs yarandı…Bu da deyərdim ki, səbəbsiz deyil, elə-belə, boşuna, havadan baş vermədi…Atalarımız da əbəs yerə deməyiblər ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik… Müdrik dövlət rəhbərimiz, ölkə Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamamına əsasən Azərbaycan dəmir yollarına, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) dostumuz, həmkarımız  Cavid Qurbanovun rəhbər təyin edilməsi ilə bu sahədə müsbətə doğru 180 dərəcə bucaq altında böyük və müsbət dəyişikliklər, inkişaf, intibah yaşanmağa başladı və gündən-günə də bu inkişaf,  bu tərəqqi  necə deyərlər, öz sürətini göstərməkdədir…

STAD-22

STAD-24

STAD-26

Məsələn, Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra tamamailə simasını dəyişdi,  köhnədən heç bir əsər-əlamət qalmadı. Daha könkret desək, uzun illər istismar və baxımsızlıq üzündən bina görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində burada əsaslı yenidənqurma işlərinə start verilməklə, vağzal binasında milli ornamentlərə uyğun olaraq yenidənqurma həyata keçirildi. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən quruldu, binanın daxilində əsaslı təmir işləri görüldü. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olundu, eskalatorlar yenisi ilə əvəzləndi. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırıldı. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradıldı, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verildi. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradıldı. 2017-ci ilin fevral ayının 10-da isə ölkə Przeidenti İlham Əliyevin və birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakı Dəmir Yolu Vazğalının yenidən qurulmasından sonra açılışı keçirildi…

STAD-12

STAD-27

Bir əhəmiyyətli məqmı da mütləq qeyd etmək istərdim. Ötən il nəinki Azərbaycanın, bütövlükdə regionun tarixində çox möhtəşəm hadisə yaşandı. 30 oktyabr 2017-ci ildə  uzun illərin gərgin zəhmətindən sonra və ən əsası ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi açılış mərasimi keçirildi. Azərbaycan Prezidentinin və ölkənin birinci xanımının iştirakı ilə reallaşdırılan  tarixi açılış mərasimində qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, o cümlədən, Gürcüstanın, Türkmənistanın yüksək statuslu dövlət rəsmiləri iştirak etdilər.

qars-1

qars-1

qars-2

“Bakı-Tbilisi-Qars”ın əhəmiyyətindən, daşıdığı strateji önəmindən də əlbəttə ki, hər bir Azərbaycan vətəndaşının müfəssəl məlumatı var və bu tarixi layihə ilə də hər birimiz fəxr edir, qürur duyuruq.  Bu layihənin elə adı özlüyündə hər şey deyir, bu, Azərbaycanın son illərdə dünyaya açılışı, beynəlxalq aləmə inteqrasiyası yönündə atdığı  ən mühüm addımlardandır…

Sürətli inkişafımızın dəmir özüllər üzərində davam etdirilməsi istiqamətində ən son addımlardan biri də  yenə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu ilin noyabr ayının 16-da Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışı oldu. Belə ki, məhz ölkə Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən yenidən inşa olunan üçmərtəbəli Sumqayıt Dəmir Yolu Vağzalının binasının yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin uğurla davam etməsinin daha bir nümunəsi olmaqla, ölkənin polad magistrallarının inkişafına göstərilən dövlət qayğısının davamlı xarakter aldığını nümayiş etdirdi.

STAD-13

STAD-4

Bütün bunlar eyni zamanda nəticə etibarı ilə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması məhz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf modelinin bəhrəsidir. Bu gün bu model Azərbaycanı Qərblə Şərq, Şimalla Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir. Bu gün Azərbaycan bir zamanlar bir çox imperiyaların arzusunda olduğu, lakin həyata keçirə bilmədiyi Fars körfəzindən Fin körfəzinədək çəkilən yolu reallaşıdıran bir ölkədir…

…Cəmi bir necə saat əvvə isə Azərbaycan öz dəmir yolları sahəsində daha bir tarixi hadisəyə imza atdı. Belə ki, dekabrın 29-da saat 09:00-da Bakı-Gəncə sürət qatarı işə düşdü. 4 saata yaxın bir müddət ərzində (cəmi 3 saat 50 dəqiqəyə) Gəncəyə çatan qatarın izdihamlı qarşılanma mərasimi keçirildi.

Mərsimdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  bu sürət qatarını çox haqlı olaraq, Gəncəyə yox, gələcəyə yol açan bir qatar kimi səciyyələndirdi və dedi ki, inkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb.

“Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq”– deyərək, Cavid müəllim bununla gələcək-növbəti hadisələrin xoş müjdəsini də verdi…

…Bəli, Azərbaycan sürətlə inkişaf edir…Elə bir sürətlə ki, həm dostlarını, həm də düşmənlərini təəccübləndirir…Düşmənlərini həm də qıçıqlandırır, məhvərindən çıxarır…

Onlar qıcıqlanmaqlarında, məhvərlərindən çıxıb, yenidən uğursuzluq zolaqlarına düşməklərində olsun, Azərbaycanımız isə sürətli inkişafında, onun sürətinə sürət qatan yol-nəqliyyat infrastrukturunu daha da müasirləşdirməkdə, modernləşdirməkdə, onu etimad və etibar yollarına çevirməyində olsun…

Bu yol(lar), bu qatar(lar) bizi həm də illərdir qovuşacağımız günü gözlədiyimiz, həsrətində olduğumuz Qarabağa aparsın və aparacaq, inşallah. Bu sürətin qarşısında heç nə əngəl ola bilməyəcək Azərbaycanımıza…

Bir sözlə, yolun açıq olsun, Azərbaycan, yolun açıq olsun, Vətən!

STAD-15

STAD-16

STAD-17

STAD-18

STAD-19

STAD-20

STAD-2

Bu yazını da sürətlə qələmə aldı Jalə Fazil qızı Əliyeva,

Milli Məclisin  Mədəniyyət komitəsinin sədr müavini, filologoya elmləri doktoru

29 dekabr 2018-ci il, saat 23.50

Etikxeber.az

 

 

 

Read Previous

Bakı-Gəncə sürət qatarı işə düşdü – BU GÜN – FOTOLAR – YENİLƏNİB

Read Next

Ramsey “Yuventus” ilə dörd illik müqavilə imzalayacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir