“Yoluxanların statistikası artan templə davam edərsə, daha ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq…”-DEPUTAT

Milli Məclis koronovirus pandemiyası ilə mübarizə kontekstində, karantin rejiminin qaydalarına riayət olunmadıqda, 50,100 və 200 manat məbləğində cəriməni nəzərdə tutan-İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul etdi. Cərimənin yüksək olduğu ilə bağlı həm millət vəkilləri, həm də cəmiyyətdə müxtəlif fikirlər səsləndirilməkdədir. Reallıq ondan ibarətdir ki, qanunlara uyğun davranışlarını tənzimləyən, müəyyən olunmuş yerlərdə tibbi maska istifadə edən, sosial məsafəni qoruyan heç bir vətəndaş cərimələnməyəcəkdir. Mürəkkəb heç nə yoxdur. Bu gün Azərbaycanda 325 yeni yoluxma halı qeydə alınıb.Pandemiya başlayandan indiyə qədər qeydə alınan ən böyük rəqəmdir. Yeni tətbiq olunan cərimələrlə bağlı televiziyalar və digər kütləvi informasiya vasitələrində geniş məlumatlar verilməsinə baxmayaraq, şəhərin küçə və parklarında, ticarət mərkəzlərində ictimai nəqliyyatda,bankların qarşısında insanlar hər hansı məsafə gözlənilmədən, maskasız heç nə olmamış kimi davranırlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev deyib.

“Təsadüfən sosial şəbəkələrdə rastlaşdığım bir utancverici hadisəni nəzərinizə çatdırmaq istərdim. Metroda, sərnişinlərin toplam şəkildə iki gənc polis işçilərinə təpki göstərmələri, onları vaqondan çıxararaq “qələbə sevinci” yaşamaları kənardan olduqca acınacaqlı görünürdü. Vəzifəsi vətəndaşların sağlamlıqlarının keşiyində durmaq, virusun yayılmasının qarşısını almaq üçün həyatlarını belə risqə atan, vəzfə borclarını yerinə yetirən o iki gəncə vaqondakı çoxsaylı insanların təzyiq göstərməsinə nə ad vermək olar. Bax, bu, anlaşılan deyil. Normal cəmiyyət bunu qınamalıdır, aıqışlamalı deyil. Bu, faktdır ki, zamanında dövlətin müdaxiləsi nəticəsində,pandemiyanın birinci mərhələsini biz ölkə olaraq az itkilərlə keçdik”-deyən millət vəkili bildirib ki,ancaq karantin rejimi ləğv olunduqdan sonra az bir müddətdə koronovirusa yoluxanların sayı kəskin şəkildə artdı və artmaqda davam edir.

“Nazirlər Kabineti yanında Qperativ Qərargah məcburiyyət qarşısında həftə sonları üçün məhdudiyyət tədbirlərini bərpa edir. Əgər yeni yoluxanların statistikası artan templə inkişaf etsə, daha da ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq. Burada əhali arasında gəzən çoxsaylı şayiələri, inamsızlıq mühitini xüsusi vurğulamaq istərdim. Bəzi hallarda cəmiyyət arasında kifayət qədər tanınmış insanlar belə əsassız söhbətləri yaymaqla məşğuldurlar. Bu, qeyri-ciddi münasibət həm də təhlükəlidir. Bir misal çəkmək istərdim. Olduqca hərtərəfli inkişaf etmiş Skandinaviya ölkəsi olan İsveçdə təxminən 9 milyon insan yaşayır. Pandemiyanın başladığı dövrdə dünyanın əksər ölkələrindən fərqli olaraq, bu ölkədə koronovirusun yayılmasının qarşısının alınması üçün heç bir əməli iş aparılmadı və ümumiyyətlə, ciddiyə alınmadı. Qısa zamanda Covid-19, 41 000-ə yaxın insanda aşkarlandı və 4 500-dən artıq insan dünyasını dəyişdi. Təkcə son bir gündə 2 300- yaxın yeni yoluxma qeydə alınıb. Düşünürəm ki, mövcud vəziyyət hər bir vətəndaşımızı ciddi düşündürməli, davranışlarında diqqətli olmalı, həm özünü, yaxınlarını, eyni zamanda, dövləti düşünməli və tezliklə normal həyata qayıtmağımız üçün öz töhfəsini verməlidir”-deyə, o, əlavə edib.

Etikxeber.az


Read Previous

“Vəzir bu kəndin yetirməsidir və onun oxuduğu məktəbin yarıtmaz vəziyyətdə olduğu diqqətinə çatdırılan kimi, ölkə Prezident belə bir addım atdı…”-SAHİB ALIYEV

Read Next

“RUS OLMANIN FƏZİLƏTİ”-Fazil Mustafa yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir