“Yoluxma sayı, karantindən çıxma məsələsi bizdən asılıdır…”-ZAUR ƏLİYEV

Karantin elan edilməsi nəticəsində Azərbaycanda koronavirusa yoluxma nəzarətə götürülüb. Bu, tək Azərbaycanın deyil, dünyanın bəlasıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O, bildirib ki, dünyada 3 milyon 500 mindən çox insan bu virusa yoluxub:

“Yoluxmaların müəyyənləşdirilməsi üçün analizlərin qəbulu keçirilən məntəqələr var. Bunlar tam avtomatlaşdırılıb. İlk günlərdə 200-300 nümunə götürə bilirdik. İndi  isə 5000 nümunə götürülə bilir”.

Sonra “Yoluxma sayı, karantindən çıxma məsələsi bizdən asılıdır”-deyən Z. Əliyev bildirib ki, heç kəs ölkənin davamlı karantin rejimində qalmasını istəməz:

“Bu iqtisadi baxımdan, resursların bir istiqamətə səfərbər olunması baxımından ölkəyə problem gətirir. Hər kəs məsuliyyətini dərk etməlidir”.

Z. Əliyev həmçinin deyib ki, Bakıda koronavurusa yoluxma ən çox Yasamal və Sabunçu rayonlarındadır. 

Onun sözlərinə görə, Yasamalda bir neçə ocaq müəyyənləşmişdi:

“Bir nəfər çoxlu sayda insanı yoluxdurmuşdu”.

“Son zamanlar koronavirusa yoluxanların sayı artıb. Bu, bizə siqnallar verir ki, vətəndaşlar tövsiyələrə daha ciddi riayət etməlidir”-deyən Z. Əliyev daha sonra bildirib ki, son zamanlar Gəncədə virusa yoluxanların sayında artım olub: 

 “Ora İşçi qrupu ezam olundu və araşdırdı. Təəssüflər olsun ki, orda karantin rejiminə düzgün  əməl olunmadığına görə yoluxma artmışdı.Cənub və şimal zonasında həftədə bir neçə dəfə vətəndaşlar sərhəddən keçir. Biz əvvəldən bildirmişik ki, kim sərhədi keçirsə, mütləq karantinə gedir və test olunur. İranla gedib gəlmələrə görə cənub zonasında belə ocaqlar meydana gəlirdi. Tək tək ocaqlar da meydana çıxır. Dünən Salyanda da belə ocaq aşkarlandı. Belə ocaqları aşkarlamağa çalışırıq”.

Etikxeber.az

Read Previous

Çingiz Əsgərov Ramiz Rzayevin müavini-OMBUDSMANLIĞA KEÇMİŞ NAMİZƏD İSƏ KOMMERSİYA KOLLEGİYASININ SƏDRİ TƏYİN OLUNDU…

Read Next

ATV və Lider TV-nin yayımının 1 saatlıq dayandırılmasına, “Space” ilə bağlı məhkəməyə müraciət olunmasına-QƏRAR VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir