Yoluxma sayında azalma-493-DAHA 8 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 493 yeni yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 722, ötən müddət ərzində isə ümumilikdə 601 500 test aparılıb.

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov kimdir? Və niyə xarici siyasət idarəsinə rəhbər oldu…-TANINMIŞ JURNALİSTİN YENİ TƏYİNATA BAXIŞI

Read Next

Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, daha bir hərbçimiz-ŞƏHİD OLDU VƏ TORPAĞA TAPŞIRILDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir