Yoluxma və ölüm sayında yenidən artım-3322 NƏFƏR VƏ 18 NƏFƏR…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib, aktiv xəstə sayı 27813 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, ötən müddət ərzində isə ümumilikdə 4 235 142 test aparılıb.

Etikxeber.az

Read Previous

Niyaz Niftiyev məhkəmə zalından-AZADLIĞA BURAXILDI

Read Next

Cinayət törədən qadınların sayı artıb-AZƏRBAYCANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir