Yoluxmada növbəti antirekord-2597 – DAHA 23 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

Etikxeber.az

Read Previous

“Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib…Vətən Müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir…”-PREZİDENTİN KÖMƏKÇİSİ – KORONAVİRUSA QARŞI PEYVƏNDİN APRELDƏ HAZIR OLMASI GÖZLƏNİLİR -YENİLƏNİB – (3)

Read Next

Noyabrın 21-dən dekabrın 28-dək həftə sonları fəaliyyətinə icazə verilən sahələr məlum oldu: Açıq məkanda da maska taxmayanlar-100 MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir