Yoluxmada növbəti azalma-241 – DAHA 6 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejimi bu dəfə 13 şəhər və rayonda tətbiq olunacaq, Bakıdan rayonlara gediş-gəlişə, avqustun 31-dək toy və yas mərasimlərinin keçirilməsinə yenə-İCAZƏ VERİLMƏYƏCƏK – OPERATİV QƏRARGAH AÇIQLADI

Read Next

Qafarova ilə Şentop arasında-NÖVBƏTİ TELEFON DANIŞIĞI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir