Yoluxmada növbəti azalma-388-DAHA 5 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 554 nəfər vəfat edib, 8200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8095, ötən müddət ərzində isə ümumilikdə 627881 test aparılıb.

Etikxeber.az


Read Previous

“Biz birlikdə güclüyük!”-MİLLƏT VƏKİLİ YAZDI

Read Next

“Qorxaq olduğumu düşünənlərin olduğunu bilirəm, onların mənim haqqımda düşüncələrini dəyişmək istəmirəm…”-ERKİN QƏDİRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir