Yoluxmada yenidən artım-161 – DAHA 2 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2082 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7179, ötən müddət ərzində isə ümumilikdə 956 492 test aparılıb.

Etikxeber.az

Read Previous

“Pakistan Qarabağ probleminin həlli istiqamətində ölkəmizə daimi dəstək verib və işğalçı Ermənistanı dövlət olaraq tanımayıb”-SAHİBƏ QAFAROVA PAKİSTANLI HƏMKARINA TƏŞƏKKÜR ETDİ

Read Next

Nərimanovun icra başçısı tərəfindən-QURBAN MƏMMƏDOVA VERİLƏN BİNA SÖKÜLÜR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir