“Yorğan”ın altında nələr baş verdiyini də bilməliyik – YAQUB MAHMUDOV

Mən özüm Qarabağ müharibəsində iştirak etmişəm, elə bir cəbhə bölgəsi olmayıb ki, orada olmayım.  Amma Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı, müharibədə bu qədər adam iştirak etməyib… Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır.

Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında  akademik, deputat Yaqub Mahmudov deyib.

yaqubbbbbbbbbbbbbbbbbbbb

“Bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir. Əlildirsə əlillik, zəlildirsə zəlillik – hər şeyə razıdır, təki nəsə qopara bilsin. Bu, millət üçün fəlakətdir. Tutaq ki, bir şəxsin ayağı yoxdursa, ona ayaq salası deyilik ki? Ona əlillik təyin etmək doğrudur. Söhbət saxta vasitələrlə əlillik dərəcəsi alanlardan gedir. Bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur. Eyni zamanda, hər şeyi dövlətdən də gözləməliyik, onu yükləməməliyik.  Qıçımızı yorğanımıza görə uzatmalıyıq. Amma “yorğan”ın altında nələr baş verir, onu da bilməliyik” -deyə, deputat əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu, hətta ehtiyac meyarından da qat-qat aşağı məbləğdir… – ELMİRA AXUNDOVADAN ÖNƏMLİ TƏKLİFLƏR

Read Next

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir ixtisar olmayacaq – İDRİS İSAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir