“Yox, yox, yenə də yox!” – SAHİB ALIYEV

Bir çox xalqların adı “Həmrəylik günü” olmasa da buna bənzər bayramları var.

Amma çox az xalqa rast gəlinər ki, bizim qədər həmrəyliyə ehtiyac duysun, buna haqq etsin və elə həm də həmrəy olsun.

Bəli, məhz həmrəy olsun. 

Əlbəttə, burada özəlliklə də sonuncu fikrimlə razılaşmayanlar da ola bilər.

Onda mən də soruşuram, Azərbaycanın parçalanmasından az qala iki əsr keçməsinə baxmayaraq Təbrizə, Zəncana, Ərdəbilə Bakıdan, Şəkidən, Gəncədən fərqli yanaşırıqmı?

Çoxları ən çeşidli yollarla bizə kiçik xalq olduğumuzu aşılamağa çalışdılar, çalışırlar, amma biz bununla razılaşdıqmı?

Başda Prezidentimiz cənab İlham Əliyev olmaqla sayımızın 50 milyonu ötdüyünü dilə gətirməkdən və məhz bu reallıqdan çıxış etməkdən çəkindikmi?

Hansı güclərin bizə indi də Dağlıq Qarabağsızlığı həzm etdirməyə çalışdıqlarını görürük.

Bunu bacardılarmı, bacarırlarmı, bacaracaqlarmı?

Yox, yox, yenə də yox!

Çünki biz həmrəyik!

İşğal altındakı Bütün torpaqlarımızı son qarışınadək qaytaracağımızda, bunun üçün canımızdan belə keçməkdə həmrəyik!

Böyük xalq olmağımızda, daha da böyüyəcəyimizdə, onun da yolunun bü günkü müstəqilliyimizdən keçdiyində həmrəyik! 

Bizim üçün həmrəylik, azərbaycanlı olmaq, Azərbaycançı olmaq, vətənini, dövlətini, xalqını sevmək deməkdir.

Bayramınız Bayram olsun, həmrəylər!

Yeni ildə hər birinizə və doğmalarınıza can sağlığı, elimizə əmn-amanlıq, evinizə bin-bərəkət, bu həmrəyliyimizin aprel döyüşlərindəkindən daha Böyük bəhrəsini görməyi arzulayır, hamınıza sayğı və sevgimi bildirirəm!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

2018-ci ili böyük ümidlərlə qarşılayacağıq… – ƏMƏKDAR ARTİSTİN ARZUSU

Read Next

BİR AYRILIQ, BİR ÖLÜM… – AKADEMİK YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir