Yubiley doğum günün mübarək-Şəhidimin Anası – Məlahət Ana! – KAMİL HƏMZƏOĞLU YAZDI

Azərbaycanda yüzlərlə, minlərlə, on minlərlə Şəhid anası var…

Hər biri mənim Anam, mənim doğmam, mənim əzizimdir…

Hər biri Baş tacımdır…

Hər birinin qarşısında ehtiramla baş əyirəm!

Və məni tanıyanlar bilir ki, heç bir vaxt, heç zaman Şəhid ailələri, Şəhid anaları arasında fərq qoymamışam, kiməsə qarşı ayrı-seçkilik etməmişəm…

Buna Allahım da şahiddir!

Amma elə analar var ki, onlar mənim üçün bir ayrıdır, qəlbimdə, ürəyimdə xüsusi, özünəməxsus yerləri var…

Belə Analardan-Şəhid Analarından biri də tək övlad Emin balamızın, Emin İsmayılovun anası-Yaralı, Dərdli, həm də balası kimi Qəhrəman, Məğrur, Dik duruşlu Məlahət Anadır, Məlahət İsmayılovadır…

Məlahət Ananı 3 ilə yaxındır ki, tanıyıram, daha dəqiq desəm, Kürdəmirli Şəhidimiz Adəm Əliyevin Cənnətdəki ikinci doğum günü mərasimi zamanı tanışlığımız, elə o vaxtdan da dostluğumuz, bacı-qardaş münasibətlərimiz yaranıb…

Hər zaman onu məclislərdə, tədbirlərdə görəndə sanki elə bilirəm öz doğmamı, öz əzizimi görürəm…

Görməyəndə də darıxıram, narahat oluram…

Öz-özümə deyirəm ki, Məlahət bacımdan çıxmaz iş, görəsən, niyə gəlməyib, görəsən, nəsə olmayıb ki?!

Və növbəti məclis(lər)də görəndə çox sevinirəm, çox rahat oluram…

Yəni, mənə o dərəcədə doğma və əzizdir Məlahət Ana!

Və cəmi saatlar sonra,1 iyul tarixində Məlahət Ana növbəti yaşına-yubiley doğum gününə qədəm qoyacaq…

Bəlkə də deyə bilər, deyərlər ki, Şəhid anası hara, ad, doğum günü hara…

Amma ilk gündən bu yanaşma ilə razılaşmamışam və heç zaman da razılaşmayacağam…

Məhz Şəhidlərimizin əmanətləri olan Anaların doğum, ad günü keçirməyə hamıdan daha çox Haqqı var…

Onlar daha çox Haqq edirlər ad, doğum günlərini, yubileylərini qeyd etməyə…

Onların Haqqıdır ad, doğum günü qeyd etmək, təbriklər almaq…

Odur ki, Şəhidimizin-Eminimizin bizlərə, Azərbaycana əmanət olan anası-Məlahət Ananı növbəti ad günü, həm də yubiley doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram…

Arzu edirəm ki, daha 50 il ömür yaşasın və Şəhidinin ruhunu, xatirəsini yaşatsın… Balasının ruhu şad və köməyi olsun!

Əllərindən, gözəl ürəyindən öpürəm!

Yaxşı ki, varsınız-bizimsiniz, Məlahət Ana!

Doğum gününüz bir daha mübarək!

Allah Sizi və cəmi-həyatda olan Şəhid analarını qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

13 milyon manatlıq narkotik vasitələr dövriyyədən çıxarıldı-DİN MƏLUMAT YAYDI – FOTO

Read Next

Fransa səfiri XİN-ə-ÇAĞIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir