Yük gəmisi batdı, 7 nəfər itkin düşdü – QARA DƏNİZDƏ

Qara dənizdə yük gəmisi batıb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Qeroi Arsenala” adlı gəminin göyərtəsindəki yeddi nəfər itkin düşüb. İlkin məlumata əsasən, gəminin göyərtəsində 12 nəfər olub. Bunlardan 8-i Rusiya, 3-ü Ukrayna və 1-i Gürcüstan vətəndaşıdır. Gəmi Rostov vilayətindən Türkiyəyə taxıl aparırmış.

Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarə rəisinin köməkçisi Vladimir İvanov hadisə yerinə bir neçə xilasetmə gəmisinin və aviasiyanın göndərildiyini deyib. Artıq bir dənizçi xilas edilib, daha dörd nəfəri sudan çıxarmaq istiqamətində işlər gedir.

Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarının keçirilməsinə maneçilik törədir. Bildirilir ki, qəzanın baş verdiyi ərazidə dalğaların hündürlüyü 3 metr, küləyin sürəti saniyədə 20 metrədək çatır.

FHN-nın məlumatına görə, Panama bayrağı altında hərəkət edən yük gəmisinin göndərdiyi SOS siqnalını sərhədçilər qəbul edib. Sonra məlumat xilasedicilərə göndərilib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini 125 dəfə pozub

Read Next

Böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə isə son həddi artırılır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir