“Yükün ağırı, qayğıların çoxu adətən zərif çiyinlərin üzərinə düşür…” – RAFAEL HÜSEYNOV

Avropa Şurası Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının hüquqlarını qorumağa çağırıldı

 Avropa Şurası Parlament  Assambleyasının (AŞPA) yay sessiyasında qadın hüquqlarının qorunması ilə bağlı problemlər 2 mərzuzədə təqdim olunmuşdu və müştərək keçirilən bu müzakirələrdə  60-dan artıq  deputat iştirak etdi.

Etikxeber.az xəbər verir ki, AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin müzakirələrə qatılaraq  Ermənistanın işğalmılıq siyasəti nəticəsində hüquqları pozulmuş və pozulmaqda davam edən yüz minlərlə Azərbaycan qadınının qayğılarından söz açıb.

Rafael Hüseynov  Avropa ölkələrində bu və ya digər şəkildə hüquqları pozulan qadınlarla bağlı aparılmış araşdırmaları xatırladaraq bu qəbil statistikaların Azərbaycanın məcburi köçkün və qqın qadınların üzləşdiyi haqsızlıqlar qarşısında çox sönük göründüyünü bildirərək əlavə edib ki, müqayisə aparsaq, əlbəttə ki, zahirən qadın çiyinləri kişi çiyinlərindən qat-qat zərifdir:

“Lakin şəxsi həyatda və cəmiyyətdə çox zaman fərqli mənzərə ilə qarşılaşırıq. Yükün ağırı, qayğıların çoxu adətən elə həmin zərif çiyinlərin üzərinə düşür. Qadınlar bir növ ailənin və cəmiyyətin əsas yük daşıyıcı sütunlarıdır. Onları lazımınca qoruya bilməsək, ailə də sarsılar, cəmiyyətin də tarazlığı pozular. Həqiqətlər statistikanın dili ilə, rəqəmlərlə ifadə olunanda təsiri bir az da artır. Yəqin elə həmin mülahizələrlə də bu məruzədə Avropa İttifaqının əsas hüquqlar üzrə agentliyinin 28 üzv dövlətdə apardığı müşahidələrin  statistik götəriciləri əksini tapıb. Avropa İttifaqında yaşayan 42 min qadınla aparılmış sorğu bunu göstərir ki, 15 yaşından etibarən hər 3 qadından biri müxtəlif gender bərabərsizliyi fəsadlarına, cürbəcür təzyiqlərə məruz qalıb.  ATƏT-in 2018-ci ildə 15 min qadın arasında 8 ölkədə apardığı araşdırma onların 70 faizinin  oxşar problemlərlə üzləşdiyuini göstərir. Təbii ki, bunlar narahatedici, düşündürücü rəqəmlərir. Amma mənim deyəcəklərim sadəcə narahatedici yox, dəhşətlidir”.

Diqqəti Azərbaycan qadınının uğradığı işğal faciəsinə yönəldən Rafael Hüseynov sonra deyib:

“Mənim ölkəm. Azərbaycanın artıq 30 ilə yaxındır ki, Ermənistan və ona havadarlıq edən qüvvələrin  işğalı nəticəsində yaranmış nəhəng qaçqın və məcburi köçkünlər ordusu var. Rəsmi statistikaya görə 1990-cı illərin əvvəllərində onalrın miqdarı 1 milyona yaxın idisə, indi 1 milyon 200 mini aşıb. Həmin kontingentin isə 60 faizə yaxının qadınlar təşkil edir. Müxtəlif yaşlarda olan uşaq, gənc, orta sinli, qoca qadınlar. Onların da hamısını, söz yox, dünyanın rahat, firavan həyat sürən bütün başqa qadınları kimi  Allah yaradıb. Bəs niyə onların həyatı cəhənnəmin real, göz önündəki mənzərəsi qədər qorxunc, sarsıdıcıdır?  Avropa İttifaqına üzv olan, yaxud qaçqınsız, məcburi köçkünsüz ölkələrdəki qadınlarla onları eyni müstəviyə qoyaraq müqyisə aparmaq mümkün deyil. Mümkün olmağına mümkündür. Yəni gözümüzü yumub vicdanıızı susduraraq müqayisələr də apara bilərik. Lakin nəyə şahid olcağıq? Başqa ölkələrdə gender bərabərsiliyi ilə bağlı araşdırmalar zamanı qadınlara qarşı çeşidli təzyiqlərlə əlaqədar hansısa böyük, ya kiçk faizlərdən söhbət gedə bilərsə, Azərbaycanın timsalında bu təbəqənin məruz qaldıqlarını xüsusi hesablamağa lüzum yoxdur. Yüz minlərlə qadının hamısı 1988-ci ildən başlayaraq hər gün, hər saniyə əzab içərisində, bir-birindən şiddətli təzyiqlər altındadır. Biz bütün digər qadınlar haqqında  bəhs edərkən, ya onları xüsusi bir kateqoriya kimi qeyd etməliyik; bu isə öz növbəsində diskriminasiyanın başqa bir təzahürü olacaq, ya da faciələrinin əsas cəbəbkarı olan məcburi köçkün və qaçqın damğasının bu qadınların üzərindən götürülməsinə müvəffəq olmalıyıq”.  

Azərbaycanlı deputat vurğulayıb ki, əvvəlcə bu düyün açılmalıdır ki, Azərbaycanın 100 minlərlə qaçqın və məcburi köçkün həyatı yaşayan qadını, eləcə də eyni dərdə düçar olmuş başqa ölkələrdəki qadınlar gəlib sıradan olan qadınların səviyyəsinə çatsın. İnanın, Azərbaycanın bu qəbildən olan qadınlarının son 3 onil boyunca çəkdiyi əzabların müqabilində  təqdim olunan məruzədəki avropalı qadınlara münasibətdə tez-tez xatırlanan hüquqpozmalar, təzyiqlər  heç nədir.

Fikirlərinə yekun vuran Avropa Şurasının qadın hüquqlarını qorumaq yolunda çalışmaların həqiqətin səmimi səylər olduğunu sübut etmək üçün başqa zümrələrə nisbətən qat-qat ağır vəziyyətdə olan qaçqın və məcburi köçkünlərin  probleminin həll edilməsində ciddi irəliləyişlərə çatmağın vacib olduğunu söyləyən Rafael Hüseynov mülahizələrini belə yekunlaşdırıb ki, əvvəlcə yüz minlərlə qadını insan adına və həyatına yaraşmayan qaçqın, məcburi köçkün statusundan azad və xilas eedilməlidir. Əks təqdirdə Avropa cəmiyyətinin gündəlik həyatında guya ki, başqa ölkələrdə qadınların hüquqlarının müdafiəsi ilə bağlı söylənən sözlər, verilən vədlər inandırıcı olmayacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Naqif Həmzəyev AŞPA-da İstanbul Konvensiyasından danışdı

Read Next

“Təkcə AŞPA deyil, bütün beynəlxalq təşkilatlar bu insanları qorumaq üçün səslərini ucaltmalıdır” – MOLLAZADƏDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir