Yunuszadə həftənin ən yaxşı futbolçusu seçildi

Fevralın 6-da Azərbaycan Premyer Liqasının XV turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Etikxeber.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XV turunun ən yaxşı futbolçusu “Səbail”in oyunçusu Elvin Yunuszadə seçilib.

O, “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına vurduğu bir qolla yadda qalıb. Araşdırmalara əsasən, Elvin Yunuszadə turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd edək ki, Elvin Yunuszadə XV turun rəmzi komandasında da yer alıb. Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Etikxeber.az

Read Previous

Prezident baş nazirin qərarını qüvvədən saldı….

Read Next

Tpamp Meylə bir araya gələcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir