Yusif Eyvazov və Anna Netrebko Mariya Teatrında çıxış edəcək

İyunun 18-də və 21-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Françesko Çileanın “Adriana Lekuvryor” operasının premyerası olacaq.

Etikxeber.az teatrın saytına istinadla xəbər verir ki, Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) bu səhnə əsərində çıxış edəcəklər. Opera “Bəyaz gecənin ulduzları” XXV musiqi festivalı çərçivəsində nümayiş olunacaq.

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına salınıb.

Etikxeber.az

Read Previous

Bu ölkə neft hasilatını sutkada 5 mln. barelə çatdırmaq istəyir – ALINACAQMI?

Read Next

Prezident Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir