“Yusifim 14 oktyabrda dünyaya gəldi, 14 oktyabrda da İkinci Şəhidlər Xiyabanında torpağa tapşırıldı…”-İKİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, SUBAY, QARDAŞI DA MÜHARİBƏ İŞTİRAKÇISI VƏ MÜHARİBƏ VETERANI OLAN YUSİF NƏCƏFOVUN ANASI FLORA NƏCƏFOVA – FOTOLAR

Yusif Nadir oğlu Nəcəfov…

Bakılı, Yasamalılı…

Vətəni Vətən edən Vətən sevdalısı oğullardan biri…

Azərbaycan Ordsunun cəmi 19 yaşlı Əsgəri, İkinci Vətən Müharibəsi Şəhidi…

Doğum günündə Şəhadətə qovuşan İgid, Qəhrəman Şəhidimiz…

Yusif Nəcəfov 14 oktyabr 2001-ci il tarixində Bakı şəhərinin Yasamal rayonunda, məşhur Dağlı məhəlləsində dünyaya göz açıb…

Evin üç övladından, iki qardaşdan biri, ailənin ortancılı olub…

2007-2018-ci illərdə Yasamal rayonunda yerləşən 52 saylı tam orta məktəbdə oxuyub…

18 yaşını bitirdikdən sonra, 2019-cu ildə isə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

İkinci Vətən Müharibəsinin başlaması ilə Azərbaycan Ordusunun Əsgəri kimi 2020-ci ilin 27 sentyabr tarixindən döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Döyüş yolu 17 gün çəkib və 13 oktyabr tarixində Murovdağ istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 14 okyabr tarixində, 19 yaşının tam olduğu gündə-doğum günündə İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlabıb…

Şəhidliyindən sonra üç medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

O, həm də subay olub…

Qeyd edək ki, Yusifin böyük qardaş, 1999-cü il təvəllüdlü Emin Nəcəfov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…

Müharibənin ilk günündən son gününəcən döyüşlərdə iştirak edib…

Ali təhsilli Emin Nəcəfov İkinci Vətən Müharibəsindən sonra dörd medalla təltif edilib…

***

Anım Günü ilə bağlı 14 oktyabr 2024-cü il tarixində, axşam saatlarında Yasamallı Şəhid anaları və yazar Raziyə Kamilqızı ilə birlikdə Şəhidimizin ocağını, ailəsini ziyarət etdik…

Həm övladını Şəhid vermiş, həm də həyat yoldaşını vaxtsız itirmiş Flora xanıma Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin anası və yaxınları ilə söhbətləşdik, dərdləşdik…

Sonda xatirə fotoları çəkdirdik…

Məqamı Uca olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

15 oktyabr Şəhidləri-EVİN TƏK, ALİ TƏHSİLLİ, SUBAY OĞLU CƏMİL MƏMMƏDLİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, MAXE SAMİR FƏRZƏLİYEV, TƏK BACININ TƏK QARDAŞI ƏFQAN HƏMZƏYEV…BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB

Read Next

İkinci Vətən Müharibəsinin 16 oktyabr Şəhidləri-Yeddi bacının tək qardaşı Elşən Kərimov, tək övlad Elmar İbrahimov, ailənin üç övladından biri Saleh Əliyev və Ərəstun Xıdırov, tək oğul Emil Sadıqzadə…SABAH ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN DÖRD İL ÖTÜR, ANIM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir