“Yuve” və “Mançester Siti” Çempionlar Liqasının dörddəbir finalında – FOTOLAR

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti cavab qarşılaşmasında “Yuventus” klubu doğma meydanda “Atletiko Madrid”i qəbul edib.

Etikxeber.az xəbər verir ki, Madriddə oynanılan ilk görüşdə İtaliya təmsilçisi 0:2 hesabı ilə məğlub olduğu üçün cavab qarşılaşması “Yuventus”un ardıcıl hücumları şəraitində keçib.

Sürətli idman mübarizəsinin yaşandığı görüş Turin təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Hər üç qolu oyunun qəhrəmanı olan Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu matçın 27-ci, 48-ci və 86-cı (11 metrlik cərimə zərbəsi) dəqiqələrində adını tabloya yazdırıb.

Beləliklə, ilk görüşdə məğlub olmasına baxmayaraq, inamlı qələbə qazanan “Yuventus” qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirib.

“Atletiko Madrid” isə final qarşılaşmasının doğma arenasında – “Metropolitano” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

YUVE_RONALLLL

Səkkizdəbir final mərhələsinin daha bir oyunu keçirilib.

“Ettihad” stadionunda baş tutan görüşdə İngiltərənin “Mançester Siti” klubu doğma azarkeşlər önündə Almaniyanın “Şalke” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 7:0.

Pep Qvardiolanın yetirmələrindən Serxio Aqüera (35, 38), Leroy Sane (42), Rahim Sterlinq (56), Bernardo Silva (71), Fil Foden (78) və Qabriel Xesus (84) fərqləniblər.

Səfərdə də 3:2 hesabı ilə qalib gələn ingilislər iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.

salke

Etikxeber.az

Read Previous

“Bu, nə dərəcədə düzgündür?” – DÖVLƏT AGENTLİYİNİN RƏSMİSİ

Read Next

“İqtisadi əməkdaşlıq real potensiala cavab vermir…” – MEHRİBAN ƏLİYEVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir