“Yuve” yenə liderdir, “Real” isə yenidən uduzdu… – NƏTİCƏLƏR – FOTOLAR

İngiltərə Premyer Liqasının 8-ci turuna start verilib.

Etikxeber.az  xəbər verir ki, turun maraqla gözlənilən oyunu “Mançester Yunayted” ilə “Nyukasl” arasında olub.

Mançester şəhərinin “Old Trafford” stadionunda keçirilən oyuna qonaqlar fəal başlayıblar və artıq 10-cu dəqiqədə rəqibin qapısından iki top keçirməyə müvəffəq olublar. Robert Kenedi və Yosinori Muto fərqlənib.

İkinci hissədə “qırmızı şeytan”lar matçın gedişatını dəyişə biliblər. Əvvəlcə Xuan Mata və Antoni Marsyal fərqləniblər. Komandanın qələbə topunu isə 90-cı dəqiqədə Aleksis Sançes vurub.

“Mançester Yunayted” bu qələbə sayəsində turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. “Nyukasl” isə 19-cu yerdə qalıb.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” – “Vest Ham Yunayted” – 1:0

“Börnli” – “Haddersfild” – 1:1

“Kristal Palas” – “Volverhampton” – 0:1

“Lester Siti” – “Everton” – 1:2

“Tottenhem” – “Kardif Siti” – 1:0

“Votford” – “Bormunt” – 0:4.

Qeyd edək ki, tura “Fulhem” – “Arsenal”, “Southempton” – “Çelsi” və “Liverpul” – “Mançester Siti” oyunları ilə yekun vurulacaq.

***

ronal-10

İtaliya A Seriyasının 8-ci turuna da start verilib.

Son ölkə çempionu “Yuventus” səfərdə “Udineze” komandasının qonağı olub. Görüş turinlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol birinci hissədə vurulub. Matçın 33-cü dəqiqəsində Rodriqo Bentankur, 37-ci dəqiqəsində isə Kriştianu Ronaldu fərqlənib.

Bu qələbə “Yuventus”un İtaliya A Seriyasında ardıcıl 8-ci qələbəsi olub. “Qoca sinyora” turnir cədvəlində ən yaxın izləyicisini 9 xal qabaqlamaqla liderliyini davam etdirir.

***

realllllllllllllllllllllllllllllllll-111

Həmçinin, İspaniya La Liqasının 8-ci turuna start verilib.

Turun gözlənilməz hesabı “Mendizorroza” stadionunda qeydə alınıb. “Real Madrid” klubu səfərdə “Deportivo Alaves” komandasının qonağı olub. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Manu Qarsiya olub.

Madrid təmsilçisinin əzəli rəqibi “Barselona” oktyabrın 7-də doğma meydanda “Valensiya” klubu ilə qarşılaşacaq.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Atletik Bilbao” – “Real Sosyedad” – 1:3

“Girona” – “Eybar” – 2:3

“Xetafe” – “Levante” – 0:1.

Etikxeber.az

Read Previous

Zatulinin fəaliyyətinin “ştrixləri” Azərbaycan və dünya ictimaiyyətinə çılpaqlığı ilə aydındır – SEVİNC FƏTƏLİYEVA

Read Next

Həbib Nurməhəmmədov Konor Makqreqoru məğlub etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir