“Yuxu deyil, yuxuda deyiləm, düz eşitdim, realdır, gerçəkdir…Dilbər, nazlı Şuşam azad olundu…Var ol, Ali Baş Komutanım, Qalib Sərkərdəm, Var ol, müzəffər Ordum!”-JALƏ ƏLİYEVA YAZDI

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm…”.

Müzəffər Ali Baş Komandanın, Qalib Sərkərdənin-İlham Heydər oğlunun Azərbaycan xalqına tarixi müraciətindəndir…

Cəmi dəqiqələr öncə Şəhidlər Xiyabanından bütün Azərbaycan xalqına, qəlbi yaralı bütün Şuşalılara, bütün dünya duyurdu…

Görəsən, bu, yuxudur, yoxsa, gerçəklik?

Bəlkə, yuxudayam?

Düzmü eşitdim, Allahım?

Yuxu deyil, yuxuda deyiləm, düz eşitdim, realdır, gerçəkdir…

Bu, nə gözəlllik, bu, nə möhtəşəmlik?…

Eşit, Xalqım, eşit, can Azərbaycanım, eşt, lal, kar, kor dünya…

28 il 6 aydan sonra dilbər, nazlı Şuşam yenə bizdədir, bizimdir yenə…

1992-ci ilin 8 mayından düz 28 il 6 ay sonra murdar, mənfur yağı tapdağından azad olundu…

Təmizləndi, saflaşdı, ətirləndi, ətiri, ruhu özünə qayıtdı…

Şükür Sənin Böyüklüyünə Allahım…

Bu gözəl günü, bu gözəl hadisəni, bu gözəl TARİXİ bizə yaşatdığın üçün…

Var ol, Ali Baş Komandanım, var ol, Qalib Sərkərdəm, var ol, Sözün Əri Cümhurbaşqanım, var ol,  Ulu Öndərimizin yadigarı- Xilaskar İlham Heydər oğlu…

Sənsən bu günün MEMARI, sənsən bu günün USTADI, Sənsən bu günün MÜZƏFFƏRİ…

Sənin Qalibiyyətindir, Sənin Qüdrətindir, Sənin Cəsarətindir, Sənin Fitrətindir, Sənin Əsərindir…

Min yaşa, milyon yaşa, Ali Baş Komutanım!

Sənə borcluyuq, Sənə minnətdarıq!

Var ol, min yaşa Ali Baş Komandanımın müzəffər, şanlı, rəşadətli Azərbaycan Ordusu…

Sənin qarşında baş əyirəm, baş əyirik…

Vuran qolun qüvvətdən düşməsin, döyünən qəlbin daim döyünsün və döyündürsün!

Ruhunuz şad olsun, Şəhidlərim!

Rahat yatın, rahat uyuyun, nur içində olun, Şəhidlərim!

Baş Tacımsınız!

Bu günə görə, Sizə borcluyuq, Sizə minnətdarıq varlığımızla, ruhumuzla!

Haqqınızı halal edin!

Ali Baş Komandanın tarixi müraciətindən:

“…Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bəli, bəli, bəli!!!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (2) – FOTOLAR

Read Next

Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə-ZƏNG ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir