Yüz altmış geqabaytlıq film bir saniyədə yüklənəcək

ABŞ-ın texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli “International Business Machines (IBM)” şirkəti tərəfindən internetdə məlumatın ötürülməsini 400 dəfə sürətləndirəcək mikroçip hazırlanıb. Bu mikroçip vasitəsilə 160 geqabaytlıq film bir saniyədə yüklənəcək.

Etikxeber.az “IBM”in rəsmi qəzetinə istinadla xəbər verir ki, bu çip şirkətin İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən laboratoriyasında hazırlanıb. Yeni çip internetdə məlumatları genişzolaqlı şəbəkə üçün infrastrukturun yaradılması ilə məşğul olan “Google Fiber”dən 400 dəfə sürətlə ötürəcək.

Etikxeber.az

Read Previous

Əliyev cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam imzaladı

Read Next

“Real” Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir