“Yüz ilin erməni yalanları Münhen tribunasında ifşa olundu” – POLİTOLOQ

Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüş diplomatiya tariximizə qızıl hərflərlə yazıldı. Bütün dünyaya canlı olaraq yayımlanan və debat xarakteri daşıyan müzakirələr ölkə başçımızın opponenti qarşısında bir çox istiqamətlər üzrə master-klas keçməsi ilə yaddaşlara həkk olundu. Cənab Prezidentimiz həm yüksək natiqlik qabiliyyəti və jestləri, həm səlist ingiliscəsi, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktoloji yanaşması ilə bütün dünyaya Azərbaycan xalqının layiqli təqdimatını həyata keçirdi. Əvəzində isə Nikol Paşinyan hər cümləsində qeyri-peşəkar və diletant olduğunu göstərməklə əslində sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etmiş oldu.

Etikxeber.az xəbər verir ki, bunu politoloq, professor Elşad Mirbəşiroğlu deyib.

O, qeyd edib ki, bu, bir debatdan daha çox dərs mahiyyəti daşıyırdı, Ermənistan rəhbərliyinə münaqişənin tarixi, hüquqi və siyasi aspektlərini öyrədən və ya xatırladan bir dərs…

” Hər cümləsində bir neçə dəfə yalan və tarixi təhriflərə yol verən Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmirdi.

Dövlət başçımız XX əsrin əvvəllərində regionumuzda cərəyan edən real tarixi hadisələri Paşinyanın gözünün içinə baxaraq dilə gətirdi. Bu, özgüvən və haqqın-ədalətin təntənəsi idi.

Xankəndinin keçmiş tarixini xatırlatmaqla Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu obyektiv şəkildə əsaslandıran Prezidentimiz təqribən 10-15 dəqiqəlik çıxışı ilə 100 ilin erməni yalanlarını Münhenin tribunasında ifşa etdi…”-politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Məmmədyarov Beynəlxalq Donorlar Konfransına-QATILACAQ

Read Next

“Ermənistanın arxasındakı güclər geri çəkilərsə, torpaqlarımız müharibə yoluyla qısa vaxtda azad olunar” – ADİL ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir