Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Zaqatalalı, özü isə Mingəçevirli olan İkinci Vətən Müharibəsi Şəhidi Qəhrəman Nəsirovun 23 yaşında dünyasını dəyişmiş hərbçi-Gizir qardaşı Rəsul Fərman oğlu Nəsirovun vida və dəfn mərasimi keçirilib.
Etikxeber.az xəbər verir ki, Şəhid qardaşının cənazəsi axşam saatlarına yaxın Bakı şəhərindən, Hərbi Hospitaldan doğulub boya-başa çatdığı Mingəçevir şəhərinə, ailəsinin yaşadığı evə gətirilib.
Yüzlərlə insanın, şəhər sakinlərinin, Şəhid ailələrinin və Qazilərin, din xadimlərinin iştirakı ilə keçirilən vida və dəfn mərasimi təxminən saat 17:00-19:30 radələrində baş tutub.
Mərhumun və Şəhid qardaşının ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə, doğmalarına, Nəsirovlar ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Mərhum Mingəçevir kənd qəbiristanlığında torpağa tapşırılıb.
23 yaşlı Rəsul Qəhrəmanov Şəhid qardaşı kimi subay olub.
O, həm də ailənin beş oğlan övladından biri idi.
Allah rəhmət etsin!
***
FOTOLAR:
https://www.facebook.com/61558720065552/videos/pcb.122242186364290668/2876914706004533



Kamil HƏMZƏOĞLU
Etikxeber.az





