“Yüzlərlə gəncin yetişməsində böyük rolu olan müəllim xeyir-duası bir başqa duyğudur” – QƏNİRƏ PAŞAYEVA – FOTOLAR – YENİLƏNİB

Qədim və əziz Vahidli kəndimizdə, sadəcə, bu kəndin deyil rayonumuzun da ən yaxşı müəllimlərindən və ziyalılarından biri Sakit müəllimin ailəsini ziyarət etdik, fikir mübadiləsi apardıq.

Etikxeber.az xəbər verir ki, bunu Tovuzdan 4-cü dəfə deputatlığa namizəd, professor Qənirə Paşayeva deyib.

“Yüzlərlə gəncin yetişməsində böyük rolu olan müəllim xeyir-duası bir başqa duyğudur. Bu ailənin üzvləri işğalçı Ermənistana qarşı vətənimizin qorunmasında da çox fəal olublar. Allah hər zaman bu gözəl ailənin yardımçısı olsun! Bu ziyalı ailədə böyüyən balalar da maşallah çox ağıllı və istedadlıdırlar. Allah onları qorusun!”-deyə, o, əlavə edib.

***

Q. Paşayeva daha bir müəllim ailəsini ziyarət edib və bunları bildirib:

“Rayonumuzun ən gözəl, dəyərli müəllimlərindən biri olan Münəvvər müəllimi və ailəsini ziyarət etdik. Rəhmətlik həyat yoldaşı İdris müəllim də rayonumuzun ən dəyərli müəllimlərindən biri idi. Nur içində yatsın! Münəvvər müəllim artıq təqaüdə çıxsa da yenə də yüzlərlə gənc müəllimlərimiz üçün ziyalı fəallığı ilə seçilən ən gözəl örnəklərdəndir.

Münəvvər müəllimin əziz nəvələrinin hər biri çox ağıllı və istedadlıdırlar. Onlarla çox maraqlı söhbət edib, müəllifi olduğum kitabları hədiyyə etdim. İnanıram ki, gələcəyin ən ağıllı, fəal gənclərindən biri olacaqlar. Əziz Münəvvər müəllimə dəstəyi üçün bir daha təşəkkür edirəm. Allah hər zaman bu gözəl ailənin yardımçısı olsun!”

Etikxeber.az

Read Previous

Mehriban Əliyevadan Əlibaba Məmmədova-TƏBRİK

Read Next

Sloveniyalı hücumçu-“QƏBƏLƏ”DƏ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir