Yüzminlərdən biri-NİYAZİ BABAM!- FİRƏNGİZ BABAYEVA YAZIR – FOTOLAR

1945-ci ilin 9 may günü…

Qanlı faşizmin üzərində qazanılan Qələbə günü…

Həmin gündən, həmin ildən bizləri düz 75 il ayırır…

9 may Qələbə gününü tariximizdən, təqvimimizdən silmək cəhdləri də alınmadı…

Bunun qarşısını alan isə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, tarixi və dahi şəxsiyyət-Ulu öndər Heydər Əliyev oldu…

O, ikinci dəfə hakimiyyətə qayıdışından sonra bir daha bu günü yaşatdı, 9 mayı tariximizdən silinməyə qoymadı və bu gün də həmin ənənə davam edir, etdirilir…

Həmin tarixi yazanlardan, İkinci Dünya savaşının, Böyük Vətən Müharibəsinin iştirakçılarından biri isə mənim babam olub…

Tanınmış partiya-sovet işçisi, Azərbaycan tarixində gözəl əməlləri ilə ad-san, iz qoyub getmiş Niyazi Nəcəfov

Bu gün çox fəxr edir və iftixar hissi keçirirəm ki, belə əzəmətli Kİşinin nəvəsiyəm…

Xoşbəxtəm ki, bəşəriyyətin qanlı faşizmin caynaqlarından qurtulmasında mənim babamın da acacıq olsa belə, payı, əməyi, rolu olub…

Allah Niyazi babama, Ulu öndərimizə, ümumiyyətlə, Böyük Vətən Müharibəsində, İkinci Dünya savaşında canlarından keçmiş vətən oğullarımıza rəhmət etsin, məkanlarını çənnətlik etsin!

O dövrdən sağ qalanlara, bizimlə olanlara isə can sağlığı versin!

Qələbəniz, qələbəmiz mübarək olsun!

Firəngiz BABAYEVA,

Etikxeber.az

Read Previous

Nazir müavin və Xidmət rəisi barədə-HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİDİ, ONLARA VERİLƏN İTTİHAMLAR MƏLUM OLDU – YENİLƏNİB

Read Next

9 may-Qələbə günü VƏ QARABAĞ ARZULARI – MİLLƏT VƏKİLLƏRİ NƏ DEDİLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir