“Zəfərlər həmişə Sizinlə olsun!” – DEPUTATLARDAN PREZİDENTƏ TƏBRİK

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında adıçəkilən komitənin adından ((komitənin sədri, akademik Rafael Hüseynovun hazırladığı-red)  ölkə Prezidentinə təbrik məktubu ünvanlanıb. 

Etikxeber.az həmin məktubu olduğu kimi, təqdim edir:

sec-ilham

“Hörmətli cənab Prezident!

Əziz İlham Heydər oğlu!

Yenidən xalqın etimadını qazanaraq qarşıdakı 7 il üçün də Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!

Əlbəttə, biz bu qələbəyə əmin idik və prezident seçkilərinin Sizin növbəti möhtəşəm  zəfərinizlə başa çatacağına qəlbən inanırdıq.

Lakin bu zəfər anına şahid olmaq da bir başqa sevincdir və könüllərimizin fərəhlə daşdığı bu anlarda istər-istəməz Sizinlə birgə keçdiyimiz 15 ili düşünürük.

İndi xeyli uzaqda qalmış 2003-cü ildə, ilk dəfə ölkənin ali kürsüsünə seçkilərdə qazandığnız müvəffəqiyyətdən sonra millətə vəd etmişdiniz ki, mən Azərbaycan xalqına yaxşı prezident olacağam.

Siz 15 ilə sığan 3 prezidentlik müddətinizin hər günündə həmin səmimi vədinizi doğrultmaqla  məşğul oldunuz.

Nəticə tərəqqi edən, bir günəş kimi dünyaya parlayan Azərbaycan, dünya boyunca daha ucadan və daha qətiyyətlə eşidilən səsimiz, ölkənin dörd bucağındakı çiçəklənmə, insanlarımızın gün-gündən yüksələn rifahı, gözəlləşən kəndlərimiz, şəhərlərimizdir.

Qədim ənənələri və sarsılmaz dayaqları olan ən misilsiz sərvətimiz saydığımız mədəniyyətimiz Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə əsl intibahını yaşamağa başladı.

Azərbaycan mədəniyyətinə göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində sənətimizin bütün sahələrində xüsusi bir parlayış başlandı, mədəniyyət xadimlərimiz, sənət birliklərimiz, incəsənət ocaqlarımız  bu dövlət himayəsi və nəvazişinin sayəsində hər zaman olduğundan daha sürətlə inkişaf etməyə, parlaq nailiyyətlər qazanmağa başladı.

Azərbaycan bəxtiyardır ki, dünyanın indiki çətin, təlatümlü zamanında dövlətimizi və xalqımızı nurlu sabahlara doğru aparan bunca üstün təfəkkürlü, uzaqgörən, millətinə, yurduna,dövlətinə sonsuz məhəbbət bəsləyən iradəli, qadir, cəsarətli, yenilikçi, qurucu   rəhbəri var.

ILHAMLA IRELI

Hörmətli cənab Prezident!

Sizi bir daha yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə hərarətlə təbrik edirik!

Sizə ən sadiq silahdaşınız Birinci Vitse Prezident Mehriban xanım Əliyeva və vətənpərvər, xeyirxah əməllər yolçusu övladlarınızla  bərabər Azərbaycanımız naminə xoşbəxtlik, sağlamlıq, ailə səadəti, yeni-yenu böyük uğurlar diləyirik!

Zəfərlər həmişə Sizinlə olsun!

Azərbaycan Respublikası Milli Məclisinin  Mədəniyyət Komitəsinin üzvləri”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

“Bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək” – NAZİR MÜAVİNİ

Read Next

MARKIN KONQRESDƏ MƏHKƏMƏSİ – Prezident seçkilərinin ikincisi – Zahid Oruc yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir