Zəlimxan Məmmədli parlament seçkilərinə qatılmaq istəyir…

Parlament seçkilərində iştirak etmək niyyətindəyəm.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış siyasətçi Zəlimxan Məmmədli deyib.

“Proseslər sürətlə inkişaf edir. Hər an, hər saat, hər gün qiymətlidir. Bundan öncəki əksər siyasi proseslərin içərisində olmuşam. Səhvləri də, doğruları da bilirəm. Böyük bir mexanizm bizim cəmiyyəti qütbləsdirməklə, qütbləsməni motivasiya etməklə məşğuldur. Bilərəkdən, bilməyərəkdən Azərbaycan cəmiyyəti bu oyunun içindədir, təəssüf ki, hələ uduzur. Şəxsim özünəməxsus xarizmaları olan liderlərin – Heydər Əliyev və Əbülfəz Elçibəyin fiziki yoxluğundan sonra birmənalı qütblərarası etimad ideyasının carçilarından olmuşam. Elə məsələlər var ki, onun cavabını geopolitik mənzərəni dəqiq təhlil edəndən sonra tapa bilərik. Bu tam başqa müstəvidə müzakirə tələb edir”-deyən Z.Məmmədlinin sözlərinə görə, bələdiyyələr çox təəssüf ki, öldürülüb, ona secici etimadı tamamilə sarsıdılib.

“Parlament seçkilərində iştirak, ona olan etimad da sarsıdılmaqdadır…Odur ki tarixi təcrübədən, geopolitik gəlismələrdən nəticə çıxararaq və çoxsaylı dostlarımın təkliflərini nəzərə alaraq bu parlament seçkilərində namizədliyimi irəli sürməyi düşünürəm. Dairə olaraq isə halal haqqımın dəfələrlə yeyildiyi 33 saylı Xətai I seçki dairəsini hədəfləyirəm…”-deyə, Z. Məmmədli sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“O, çoxlu yeni ideyalar yaradır, ölkəmizi müasirləşdirməyə yardım edir…” – PREZİDENT – FOTO

Read Next

İngiltərə və İrlandiya 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edə bilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir